Twitter-in simvolik quş loqosu hərracda satılıb

Tarix: 15:18 22.03.2025
San-Fransiskodakı keçmiş Twitter qərargahından çıxarılan simvolik quş loqosu hərracda satılıb.
Twitter-in rebrendinq prosesi zamanı İlon Mask şirkətin köhnə lövhələrini, suvenirlərini, mətbəx avadanlıqlarını və ofis mebellərini satışa çıxarıb. Bu hərəkət həm texnologiya həvəskarlarının, həm də kolleksiyaçıların böyük marağına səbəb olub.
Mənbə: CNN Türk
Çimnaz Telmanqızı