CHP fövqəladə qurultay keçirmək qərarı aldı

Tarix: 17:45 22.03.2025
CHP sədri Özgür Özel, partiyaya "qayyum təyin edilməsi" ehtimalını aradan qaldırmaq üçün 6 aprel tarixində Fövqəladə Qurultay keçirmək qərarı verdiyini açıqlayıb.
“Atatürkün partiyasına qayyum təyin etmək istəyirlər”, deyən Özel, “Partiyanı fövqəladə qurultaya apararaq qayyum təşəbbüslərinin qarşısını aldığımızı bütün Türkiyəyə elan edirik”, sözlərini əlavə edib. Özel bildirib ki, İstanbul Böyükşəhər Bələdiyyə (İBB) sədri Əkrəm İmamoğlunun tək namizəd olduğu prezident seçkilərinin də bu yolla qarşısı alınmaq istəyir. O, seçimli qurultayda yenidən partiya sədrliyinə namizəd olacağını, istənilən partiya üzvünün də namizədliyini irəli sürə biləcəyini qeyd edib. Partiya nizamnaməsinə görə sədrin fövqəladə qurultay keçirmək səlahiyyəti var. Ankara Respublika Baş Prokurorluğu 4-5 noyabr 2023-cü ildə keçirilən CHP-nin 38-ci adi qurultayında “pul qarşılığında səsvermə” iddiaları ilə bağlı istintaq başladıb.
İstanbul Respublika Baş Prokurorluğu isə 4 mart tarixində, 2023-cü ilin oktyabrında keçirilmiş CHP İstanbul Vilayət Konqresi seçkilərində “saxtakarlıq edildiyi” və Seçki Qanununa “zidd hərəkət edildiyi” iddiaları ilə bağlı istintaq başladıb. İBB sədri Əkrəm İmamoğlu saxlanıldıqdan sonra 38-ci qurultayın ləğv ediləcəyi və partiyaya qayyum təyin olunacağı iddia edilirdi.
Mənbə: BBC News
Fatimə Heydərova