AK Partiya İstanbul İl Başçısı Abdullah Özdemirin küçə çağırışına reaksiyası

Bölmə: Dünya › ,
Tarix: 20:27 22.03.2025

AK Partiya İstanbul İl Başçısı Abdullah Özdemir, CHP sədri Özgür Özelin küçələrə çağırışına reaksiya göstərərək, millətin təxribatlara qarşı həssas olması lazım olduğunu vurğulayıb.

 

Özdemir sosial mediada açıqlamasında Türkiyənin hüquqi dövlət olduğunu xatırladaraq, məhkəmə prosesini manipulyasiya etmək istəyənlərin küçələrdə qarışıqlıq yaratmağa çalışdıqlarını bildirib.

 

"Millətimizin birliyini və həmrəyliyini hədəfləyən təxribatların fərqindəyik. Məhkəmə prosesini kamuflyaj edərək küçələrdə xaos yaratmağa çalışanların niyyətlərini və oyunlarını çox yaxşı bilirik. Cənab Prezidentimizin də bəyan etdiyi kimi, CHP sədrinin çağırdığı küçə dalana dirənib", – deyə Özdemir bildirib.

 

CHP-nin küçələri xaosa çevirmək istədiyini vurğulayan Özdemir, "Küçələri döyüş meydanına çevirmək istəyən zehniyyətə bu millət heç vaxt inanmayıb. Heç kim millətimizin müdrikliyini sınamasın. Bu gün sağlam düşüncə ilə hərəkət etmək günüdür. Qanunun aliliyi hər bir millətin qarantıdır və insanların hüquqları küçədə deyil, məhkəmədə qorunur", – deyə əlavə edib.

 

Özdemir açıqlamasında vətəndaşları da sağlam düşüncəyə çağıraraq, "Bizim tərəfimiz millətin tərəfidir. Durduğumuz yer ədalətin, hüququn və demokratiyanın yanıdır. Buradan bütün vətəndaşlara çağırışımız budur: Sağlam düşüncədən əl çəkməyək, ifrata və təxribata yol verməyək", – sözləri ilə çıxışını tamamlayıb.

 

Mənbə: A Haber

Məhərrəmli Xədicə