Təxribatçıların polisə turşu və balta hücumu

Tarix: 14:45 23.03.2025
İstanbul və Ankarada bəzi təxribatçılar polisə hücum ediblər.
İstanbulun Saraçhane şəhərində icazəsiz nümayiş keçirən qrup polisə turşu ilə hücum edib. Ankarada maskalı şəxslərin balta və vintaçan ilə hücumu nəticəsində bir polis əməkdaşı yaralanıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya və terror istintaqına qarşı çıxan təxribatçı qrup Saraçhanedə toplaşıb.
İcazəsiz nümayişin qarşısını almaq istəyən polis qrupları təxribatçı qrupun qarşısını almağa çalışıb. Aktivistlər daha sonra polis qruplarına fişəng, daş və su şüşəsi kimi əşyalar atıblar.
Daxili İşlər Naziri Əli Yerlikaya Saraçhanedəki nümayişlər zamanı polisə turşu atıldığını açıqlayıb.
Yerlikaya dedi:
"Küçə çağırışları üçün çağırış edənlər, hansı məsuliyyət və qanuni məsuliyyətlər götürdüklərini yaxşı düşünməlidirlər. Polis əməkdaşlarımız ölkəmizin əmin-amanlığının və təhlükəsizliyinin təminatıdır və bu məqsədlə üzərinə düşən vəzifələri yerinə yetirirlər".
Ankarada İBB-yə qarşı aparılan korrupsiya və terror araşdırmalarına etiraz etmək istəyən marjinal qrup Kızılayda toplaşıb.
Polis barrikadasını aşmağa çalışan təxribatçılardan bəziləri polisə müqavimət göstərib. Polis qrupları müxtəlif vaxtlarda meqafonla səslənərək qrupa dağılmaq xəbərdarlığı edib.
Dağılmayan təxribatçılar polis qruplarına fişəng, daş və şüşə butulkalar atıblar. Polisə atılanlar arasında balta, vintaçan, kəlbətin kimi müxtəlif alətlərin olduğu da görülüb.
Atılan daşla vurulan 1 polis başından yaralanıb.
Mənbə: Trt haber
Aytən Ağazadə