Saraçhanə gərginliyini qoruyur-Etiraz dalğası böyüyür

Tarix: 21:33 24.03.2025
Cümhuriyyət Xalq Partiyasının çağırışına cavab verən minlərlə insan artıq beşinci gündür ki, Saraçhanədə toplaşır. İzmir, Ankara və İstanbulda mitinq və nümayiş qadağası davam edir.
Saraçhanədə çıxış edən Dilek İmamoğlu, "Ekremin başına gətirilənlər vicdanlara toxundu, hər kəsə öz yaşadıqlarını xatırlatdı", - deyə bildirdi.
Dilek İmamoğlu, həyat yoldaşını günahkar kimi göstərmək üçün hər şeyin edildiyini vurğuladı.Dilek İmamoğlunun yanında qardaşı Selim İmamoğlu da var idi.
CHP lideri Özgür Özel çıxışında boykot çağırışını bir daha təkrarlayaraq, "Bu meydanı görməzlikdən gələnlər boykotla qarşılaşacaq", - dedi.
Özel, "Ya bizi görəcəksən, ya da dibi görəcəksən" deyərək, insanların istehlak gücündən istifadə edəcəklərini vurğuladı.
Özgür Özel çıxışında eyni zamanda növbədənkənar seçki çağırışı edərək, "Ərdoğan, qarşımıza çıxmağa cəsarətiniz varmı?" sualını verdi. Özel, Saraçhanədəki etiraz aksiyalarının şəhərin müxtəlif meydanlarına yayılacağını da bəyan etdi.
Mənbə: BBC News Türk
Türkan Kərimli