Serbiyadakı simpoziumda rəssamlarımız iştirak edib

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:54 25.03.2025

 

 

15-22 mart tarixlərində Zlatibor şəhərində Zlatibor İnnovasiya Biznes Mərkəzində Beynəlxalq Rəssamlıq Simpoziumu keçirilib. "Şərq ruhunun rəsmi" layihəsinin təşkilatçısı SRU "Vukadınoviç", həmçinin tərəfdaşları Zlatibor Turizm Təşkilatı, Çayetin Bələdiyyəsi, "Viqor" İbtidai Məktəbi və Rade Filipoviçdir.

Bu il simpoziumda Misir, Gürcüstan, Azərbaycan, Avstraliya, Rusiya və Serbiyadan təxminən 20 rəssam iştirak edib.

Ölkəmizi simpoziumda Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn kafedrasının baş müəllimi Mir Azər Abdullayev və Azər Rəssamlar İttifaqının üzvü Ravilova Günel təmsil edib.

Martın 22-də Zlativor İnnovasiya Biznes Mərkəzində iştirakçı rəssamlar tərəfindən yaradılmış ən yaxşı tablolar ictimaiyyətə təqdim edilib. 

 

Mövzuyla əlaqədar Günel Ravilova “informator.az”a açıqlamasında bildirib ki, çox maraqlı bir simpozium keçib:

 

“Serbiya rəssamları və onların yaratdığı əsərlərlə tanış oldum. Bu yeni bir təcrübə oldu mənim üçün.

Serbiyada keçirilən simpoziumda Azərbaycan incəsənəti çox bəyənildi. Simpoziumun əsas mövzusu "Şərqin gəlbli incəsənəti" idi. Şərqdə qadın, sevgi və ətraf mühitdə gördüyümüz hadisələr haqqında idi. Böyük və beynəlxalq simpoziumda iştirak etmək çox gözəl hissdir. Bu müddət ərzində orada qalmağımız bizə xoş xatirələr bəxş etdi”.

 

Digər müsahib Mir Azər Abdullayev “informator.az”a açıqlamasında bildirib ki, bu cür simpoziumların keçirilməsi sənətkarlar üçün çox vacibdir:

 

“Simpoziumlarda sənətkarlar yalnız rəsm çəkməklə məşğul olmur, həm də gələcək simpoziumlardan bəhs edib, yeni layihələr yaratmaqları üçün vacibdir. Serbiyadakı sənət mühiti və Azərbaycandaki sənət mühiti arasında böyük fərqlər yoxdur. Serbiyada müxtəlif janrlarda sənət əsərləri mövcuddur. Oradakı insanlar əsasən bir-birlərinə sənət nümunələri hədiyyə edirlər.

Ümumiyyətlə, artsimpoziumlarda konkret mövzu qoyulmur. Orada olduğumuz günlər ərzində hər bir rəssam öz ölkəsinə aid hər hansısa bir sənət əsəri yaradırdı. Rəssam üçün xatirə hər hansısa sənət əsərini yaratmaq deyil, rəssam mühitin özündən belə zövq alır.Xatirələr ordan olan hər bir şeylə bağlı olur. Dini abidələrlə, yerləri ilə, insanları ilə hər anda bir xatirə olur".

 

Asiman Vəliyeva