26 mart 2025-ci ilin bürc proqnozu

Bölmə: Maraqlı › ,
Tarix: 00:03 26.03.2025

 

Qoç♈️

 

Həyat eşqi yüksək olacaq. Bu gün düşünülməmiş addımlardan uzaq olun. Çünki ağır fəsadları ola bilər. Yeni tanışınız sizin bacarığınızı dəyərləndirməyəcək. Buna baxmayaraq, sizin cazibənizdən də kənara çıxa bilməyəcəklər.

 

Buğa♉️

 

Keçmişdəki səhvlərinizi düzəltmək şansınız olacaq. Ətrafdakılarla dil tapmaq asan olmayacaq. Sevdiyiniz adamla aranızdakı münasibət soyuyacaq. Bunun əsl səbəbini araşdırmağa dəyər. Qarşı tərəflə dialoq qurmazdan əvvəl tənhalığa çəkilib yaxşı düşünməyiniz məsləhətdir.

 

Əkizlər♊️

 

Günün birinici yarısı ev işlərinə həsr olunacaq. Yaxınlara da yardım əlinizi uzadacaqsınız. Hamıya etibar etməyiniz başınıza bəlalar gətirə bilər. Əks cinsin mənsubları ilə münasibət qurmaq üçün əlverişli gündür. Lakin bu əlaqə romantik deyil, daha çox dostluq çərçivəsində inkişaf edəcək.

 

Xərçəng♋️

 

Fantaziya və illüziyaların qurbanı ola bilərsiniz. Hər işi öz üzərinizə götürürsünüz, yaxınlardan kömək ummursunuz. Ulduzlar isə yaxın ətrafdan dəstək almağı məsləhət görür. Maliyyə məsələlərinin həlli ehtiyatlılıq tələb edəcək. Başınıza xoşagəlməz əhvalatlar açacaq tanışlığa can atmayın.

 

Şir♌️

 

Həyat eşqi sönük olduğundan istənilən çətinliyə tab gətirə bilməyəcəksiniz. Həm əyləncə, həm də işə eyni zamanda vaxt ayırmaqla vacib planları reallaşdıra bilməyəcəksiniz. Şəxsi müstəvidə yaranacaq problemlərin öhdəsindən gələ biləcəksiniz.

 

Qız♍️

 

Həyata real gözlə baxın. Bugünkü çətinliklərə yumor hissi ilə reaksiya verin. Özünüzə qarşı tənqidi mövqedə dursanız, ailə münasibətlərində qayda-qanun yaratmış olarsınız. Başqalarını tənbeh etməzdən əvvəl öz addımınızı dəyərləndirin.

 

Tərəzi♎️

 

Özünüzü məsrəflərə hazırlayın. Bunun mənzilin təmirilə əlaqədar olacağı gözlənilir. Bu işlərə nəinki pul, həmçinin zaman da sərf etməli olacaqsınız. Ailədə işlə bağlı nə qədər bölgü aparsanız da, yük əsas sizin çiyinlərinizə düşəcək.

 

Əqrəb♏️

 

Bu gün yeni tanışlıq üçün münasib deyil. Çünki yad adamlarla, yaxud da qonşularla aranızda münaqişə baş verə bilər. Eyni zamanda, yaxın ətrafla da ünsiyyətdə olarkən ehtiyatı əldən verməyin. Gün boyu səhhətinizə diqqət yetirin.

 

Oxatan♐️

 

Alış-verişdən uzaq durun. Birincisi, aldanıb keyfiyyətsiz mal ala bilərsiniz. Ikincisi, zövqünüz bu gün sizi aldada bilər. Səyahətə çıxın, dincəlin. Yaxınlarınızın ürəyindən keçənləri biləcəksiniz. Bürcün ailəli nümayəndələri uşaqlarına qarşı çox tələbkar olacaqlar.

 

Oğlaq♑️

 

Gün bir sıra xoşagəlməz anlar yaşadacaq. Bu, yaxın adamın xəyanəti də ola bilər. Çalışın, situasiyaya aqressiv yanaşmayasınız, yoxsa bu hiss sizi uzun müddət tərk etməyəcək. Sahib olduğunuz əşyalara qarşı diqqətli olun, çünki onların qırılması təhlükəsi var. Ev işləri düşündüyünüzdən çox vaxt aparacaq.

 

Dolça♒️

 

Yaxınların sizin köməyinizə ehtiyacı olacaq. Çətinliklərin öhdəsindən asanlıqla gələcəksiniz və nikbinlik gün boyu itməyəcək. Həyatınızı dəyişəcək xəbər gələ bilər. Qərar qəbul etməyə tələsməyin, onun üçün zaman qabaqdadır.

 

Balıq♓️

 

Günün əsas hissəsini ailə-məişət məsələlərinin həllinə, eləcə də gələcəklə bağlı planların qurulmasına həsr edəcəksiniz. Ailəli şəxslərdən övladlarına xüsusi diqqət yetirmələri tələb olunacaq. Çünki uşaqların onların qayğısına ehtiyacı var. Sevdiyiniz adama qarşı keçirdiyiniz hissləri gizlətməyin.

 

 

Meşədiyeva Türkanə