Fransada iki təyyarə havada toqquşdu

Bölmə: Hadisə › ,
Tarix: 20:36 26.03.2025

Fransanın şimal-şərqindəki Saint-Dizier bölgəsində Fransız Hərbi Hava Qüvvələrinə bağlı akrobatik uçuş həyata keçirən iki qırıcı təlim zamanı havada toqquşub.

 

Fransız-Alman istehsalı olan Alpha jetlərinin toqquşmasından sonra iki pilot və bir sərnişin katapult kreslolarından istifadə edərək qəzadan xilas olub. Fransa ordusunun açıqlamasına görə, paraşütlə enən sərnişin və pilotlar şüurlu halda tapılıb. Hadisə nəticəsində 1 nəfərin yaralandığı, qırıcı təyyarələrdən birinin bölgədəki silonun yerləşdiyi əraziyə düşərək yanğına səbəb olduğu bildirilib. Fransa Müdafiə Naziri Sebastien Lecornu sosial media hesabında verdiyi açıqlamada, təcili yardım qruplarının hadisə yerinə göndərildiyini və yüngül xəsarət alan 1 nəfərin müalicə edildiyini bildirib.

 

Haber Global
Bənövşə Zahidli