Nəsimi rayonunda quldurluq edən şəxs saxlanılıb

Bölmə: Hadisə › ,
Tarix: 14:22 07.07.2025

Nəsimi rayonunda quldurluq hadisəsi baş verib. 


"İnformator.az" xəbər verir ki, D
İN-in Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 6-da gecə saatlarında naməlum şəxs 19 və 25 yaşlı paytaxt sakinlərini kəsici alətlə hədələyərək onların pulunu talayıb.

 

Hadisə ilə bağlı Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 46 yaşlı M.Əliyev saxlanılıb.


Araşdırma aparılır.