Kanadalı tədqiqatçılar yeni bir dinozavr növü kəşf ediblər

Bölmə: Maraqlı › ,
Tarix: 22:22 26.03.2025

Kanadalı alimlər milyon illər əvvəl yaşayan, yalnız iki barmaqlı pəncələri olan yeni bir dinozavr növü aşkar ediblər.

 

Tədqiqatçılar Monqolustanın Qobi səhrasında su boru kəmərinin tikintisi zamanı tapılan qalıqların dinozavrların təkamül prosesi barədə vacib ipucları verdiyini bildiriblər. Alimlər "Duonychus tsogtbaatari" adlandırılan bu dinozavr növünün kəşfinin dinozavrların müxtəlifliyini və təkamül proseslərini daha yaxşı anlamaq üçün mühüm addım olduğunu vurğulayıblar.

 

Mənbə: TRT Haber
Nigar Həsənzadə