Meşə yanğınları 600 hektardan çox ərazini külə döndərib

Tarix: 22:36 26.03.2025
Yaponiyanın qərbində həftə sonundan bəri davam edən meşə yanğınları 600 hektardan çox ərazinin külə çevrilməsinə səbəb olub.
Dövlət televiziyası NHK-nin xəbərinə görə, Yaponiyanın qərbində davam edən meşə yanğınları Ehime prefekturasında 306, Okayama prefekturasında isə 310 hektardan çox ərazini kül edib.
Rəsmilər yanğınların Miyazaki prefekturasına da sıçradığını bildirib. Yanğınların təsirinə məruz qalan bölgələrdə yaşayan minlərlə insan üçün təxliyə əmri verilib.
Yanğınsöndürənlər bütün cəhdlərə baxmayaraq alovları nəzarət altına ala bilmədiklərini və yanğının yaşayış məntəqələrinə yaxınlaşdığını açıqlayıb.
Mənbə: TRT Haber
Nigar Həsənzadə