Tramp Leyenlə danışıb

Tarix: 15:56 07.07.2025
Bazar günü ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının prezidenti Ursula Fon Der leyen arasında baş tutan telefon danışığı məhsuldar keçib.
"İnformator.az" xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, AB hələ də iyulun 9-a qədər Vaşinqtonla ticarət razılaşması əldə etmək niyyətindədir.
“Biz ABŞ ilə razılaşma əldə edərək tariflərdən yayınmaq istəyirik. Fikrimizcə tariflər bizə ziyan verəcək. AB hər iki tərəfə xeyirli olan bir razılaşmanı hədəfləyib” - məlumatda qeyd olunub.
Xatırladaq ki, avqustun 1-dən etibarən ABŞ bir sıra ölkələrlə ticarətdə əlavə tarif tətbiq edəcək.