Ramazan ayında sağlamlıq tövsiyələri

Bölmə: Maraqlı › ,
Tarix: 16:14 27.03.2025

 

Zonquldağ İl Sağlamlıq Müdürü Uzman Dr. Ertuğrul Güner Ramazan ayında sağlam qidalanmanın önəmini vurğulayıb. Dr. Güner açıqlamasında, düzgün qidalanmanın bu müddət ərzində vacib meyar olduğunu bildirib.

 

Güner tövsiyələrini belə sıralyıb:"Oruc tutarkən ağır yeməklər əvəzinə, yüngül qidalar yeyin. Özəlliklə də qaynama, buğlama və sobada bişən yeməklər seçin. Qovrulmuş, qızardılmış yeməklərdən uzaq durun. Yemək yeyərkən sürətli yeməyin, yavaş-yavaş, yaxşıca çeynəyin. Sahurda və iftarda çox su için. İftarda ət yeməyi, tərəvəz yeməyi və salatlar yeyin. Həm enerji verən , həmdə qan şəkərini sürətli yüksəldən ağ çörək, düyü, qızardılmış kartofla qidalanmayın. İftardan sonra qurudulmuş meyvələr, südlü şirniyyatlar, portağal, mandalin, alma kimi meyvələri yeməyin faydası var".

 

CNN Türk

İlahə Həsənova