Bir gündə dörd fəsli yaşamaq xroniki qripə səbəb olur

Tarix: 18:36 27.03.2025
Dr.Şevket Özkaya dəyişən hava şəraiti, xüsusilə qış aylarında tez-tez rast gəlinən qrip və buna bənzər xəstəliklərin artıq bütün fəsillərdə müşahidə oluna biləcəyini qeyd etdi.
Ani temperatur və iqlim dəyişmələrinin psixoloji təsirlərinə də toxunan Doktor Özkaya dedi:
“Bu dəyişikliklər narahatlıq, yuxu problemləri, əzələ ağrıları və qidalanma pozğunluğu kimi fiziki və emosional əlamətlərə səbəb ola bilər. Qadınlar hava dəyişikliyinə daha həssas olsalar da, kişilərdə yuxu problemləri, aqressivlik və dözümsüzlük kimi dəyişikliklər müşahidə olunur".
Qeyri-sabit hava şəraitinə uyğunlaşmağın vacibliyindən danışan Dr. Özkaya, yuxu və yemək rejimini pozan vərdişlərlə yanaşı, istifadə edilən dərman saatlarının da tənzimlənməyinin lazım ola biləcəyini ifadə etdi. Dr.Özkaya:
“Bundan əlavə, gün ərzində qapalı və açıq mühitdə ani temperatur dəyişikliyinə qarşı uyğun geyim seçimi böyük əhəmiyyət kəsb edir. Tərləməyə səbəb olan nazik və ya qalın paltarlar şikayətlərin təkrarlanmasına səbəb ola biləcəyi üçün düzgün geyinmək sağlamlığımızın qorunmasında mühüm faktordur",-dedi.
Mənbə: CNN Türk
Nərmin Həşimova