H&M şirkətində süni intellektdən istifadə

Tarix: 20:49 27.03.2025
H&M, 30 modelin süni intellekt (AI) ilə yaradılmış "rəqəmsal əkizlərilərini" reklamlar və sosial media paylaşımlarında istifadə edəcəyini açıqlayıb.
Şirkət, modelin icazəsi ilə bu rəqəmsal doppelgenqerləri insan modellərinin yerinə istifadə edəcəyini bildirib. H&M-in yaradıcı direktoru Jörgen Andersson bəyanatında, "Moda nümayişini yeni yaradıcı yollarla təqdim etmək və yeni texnologiyaların faydalarını mənimsəmək istəyirik, eyni zamanda şəxsi üslub əqidəmizə sadiq qalmaq istəyirik" deyib. H&M-in "insan mərkəzli yanaşması"nı dəyişməyəcəyini iddia etməsinə baxmayaraq, bu addımın digər modellərə, fotoqraflara və makiyaj artistlərinə təsir edə biləcəyi barədə narahatlıqlar var. Amerikalı influencer Morgan Riddle H&M-in bu addımını "utancverici" adlandıraraq, Instagram hekayəsində "Bu, çəkiliş meydançasında digər işlərin əlindən alınması deməkdir" yazıb.Şirkət, modellərin rəqəmsal ikizlərinin istifadəsi üçün hüquqlarını qoruyacağını və AI-nin istifadə edildiyini bildirmək üçün su işarələri əlavə edəcəyini qeyd edib. H&M həmçinin bildirib ki, modellər rəqəmsal ikizlərinin istifadəsinə görə hazırkı ödənişlərlə, agentləri ilə razılaşan tariflərə əsasən kompensasiya alacaqlar. Bununla yanaşı, Birləşmiş Krallığın Equity ticarət birliyinin baş katibi Paul W. Fleming, modellərin şəxsiyyətlərinə tam nəzarət və ədalətli ödənişin təmin edilməsinin vacib olduğunu bildirib. O, AI istifadə edərək daha çox iş imkanları yaratmaq istəsələr də, bu tədbirlərin işçi hüquqlarını qorumaq üçün geniş AI qoruma tədbirləri ilə dəstəklənməli olduğunu vurğulayıb.
BBC News
Billurə Quliyeva