İcazəsiz nümayişlərə görə saxlanılan 19 nəfər həbs edilib

Bölmə: Hadisə › ,
Tarix: 14:02 29.03.2025

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya və terror araşdırmalarından sonra Bursada keçirilən icazəsiz nümayişlərdə iştirak etdiyinə görə saxlanılan 52 nəfərdən 19-u həbs edilib.

 

Bursa Respublika Baş Prokurorluğu "2911 saylı Toplantı və Nümayişlər Qanununa müxalifət" maddəsi üzrə aparılan istintaq çərçivəsində açıqlama verib. Bildirilib ki, Bursa İl Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə və Təhlükəsizlik Şöbələri ümumilikdə 52 nəfəri saxlayıb.

 

Prokurorluğun bəyanatında qeyd olunub:

 

"Cumhuriyyət Baş Prokurorluğu adıçəkilən cinayət işi ilə bağlı 26 şübhəlini məhkəmə nəzarəti tələbi ilə Bursa Sülh Cəza Məhkəməsinə göndərib. Növbətçi hakimlik 19 şübhəli barəsində həbs qərarı çıxarıb, 33 nəfəri isə məhkəmə nəzarətinə buraxıb. İstintaq ciddi şəkildə aparılır və prosesin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

 

Mənbə: Trt haber

Aytən Ağazadə