Bakıda “Müstəmləkəçilik: Dini və Milli Kimliyin Silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilir

Tarix: 14:44 29.03.2025
Martın 29-da Bakıda “Müstəmləkəçilik: Dini və Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans işə başlayıb. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə Fransa və Hollandiya müstəmləkəçiliyi altında olan ərazilərdən – Qvadelupa, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reunion, Bonaire, Fransız Polineziyası, Mayotta, Uollis və Futuna – müstəqillik hərəkatlarının liderləri, nümayəndələri və siyasi məhbus ailələri iştirak edir.
Konfransda müstəmləkə idarəçiliyi altında dini və milli kimliyin sıxışdırılması, assimilyasiya siyasəti, yerli dillərə qoyulan məhdudiyyətlər, dini adətlərin basqı altına alınması, məcburi ad dəyişikliyi və tarixin təhrif olunması kimi məsələlər müzakirə edilir. Həmçinin, müstəmləkəçilik siyasətinin nəticələri, qlobal anti-müstəmləkə hərəkatları, milli irsin qorunması, siyasi məhbusların azad edilməsi və təzminat tələbləri də gündəmdədir.
Bundan başqa, konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu ilə müstəqillik hərəkatlarından biri arasında anlaşma memorandumunun imzalanması planlaşdırılır.
ANEWZ
Gülhüseynova Güllər