İnternet alış-verişində yeni dövr: Məhsul Təhlükəsizliyi Qaydası qüvvəyə minir

Bölmə: Maraqlı › ,
Tarix: 14:44 31.03.2025

 

Onlayn alış-verişdə şəffaflığı və məhsulun təhlükəsizliyini təmin edəcək “Məsafədən Rabitə Vasitələri ilə Bazara Təklif olunan Məhsullara Nəzarət və Yoxlama Qaydası” sabahdan qüvvəyə minəcək. "Satıcılar məhsul məlumatlarını aydın və başa düşülən şəkildə təqdim edəcəklər". Qaydaya uyğun olaraq, satıcılar məhsullarına dair təhlükəsizlik məlumatlarını aydın və başa düşülən şəkildə təqdim etməyə borclu olacaqlar. 

 

Reklamlarda istehsalçı və ya idxalçı məlumatları, əlaqə ünvanı və məhsulun təhlükəsizliyi ilə bağlı təfərrüatlar yer alacaq. Beləliklə, istehlakçılar məhsulu almamışdan əvvəl onun haqqında daha çox məlumat əldə edə biləcəklər. Bu sayədə vətəndaşlar onlayn alış-veriş edərkən məhsulu fiziki mağazadakı kimi yoxlaya və lazımi işarələrin daşıdığını görə biləcəklər”. Açıqlamada virtual marketlərin məhsullarla bağlı təhlükəsizlik məlumatlarını sistemlərində saxlayacağı, uyğun olmayan məhsullar aşkar edilərsə, bu məhsulların reklamlarının 24 saat ərzində silinəcəyi, beləliklə də vətəndaşlara standart və təhlükəsiz alış-veriş mühitinin təmin ediləcəyi vurğulanıb.

 

TRT XƏBƏR

Asiman Vəliyeva