İranda avtobus qəzası-14 ölü, 29 yaralı

Bölmə: Hadisə › ,
Tarix: 15:58 31.03.2025

İranın cənub-şərqində, Kirman əyalətində yerləşən Kerman-Ravar avtomobil yolunda avtobusun aşması nəticəsində 14 nəfər həlak olub, 29 nəfər yaralanıb.

 

Iz.ru xəbər verir ki, bu barədə Tasnim agentliyi martın 30-da özünün Telegram kanalında məlumat yayıb.

 

Avtobusda ümumilikdə 43 sərnişin olub. Hadisə yerində xilasedicilər və yol polisi işləyir. Onlar zərərçəkənlərə yardım etməklə yanaşı, qəzanın səbəblərini araşdırırlar.

 

İRNA xəbər agentliyinin məlumatına görə, yaralılardan beşinin vəziyyəti ağırdır. Bütün xəsarət alanlar Kirmandakı Şəhid Bahonar Xəstəxanasına yerləşdirilib.

 

Kirman Əyalət Məhkəməsinin ictimaiyyətlə əlaqələr üzrə məsul işçisi Moctaba Ostovarzadə bildirib ki, “Avtobus Ciroftdan müqəddəs Məşhəd şəhərinə gedən sərnişinləri daşıyırdı. Hadisə bu gün saat 17:00 radələrində Xorasani aşırımında, Kirman-Ravar yolunun 75-ci kilometrliyində baş verib".

 

Mənbə : Caliber

Aytən Ağazadə