“Tesla” gücünü itirməyə davam edir!

Bölmə: Maraqlı › ,
Tarix: 18:19 01.04.2025

 

İlon Maskın ABŞ-də bəzi dövlət qurumlarını ləğv etməsi və Trampın tariflərini dəstəkləməsi Teslanın imicinə xələl gətirir. Onun imicinə dəyən ziyan ABŞ-də “Tesla”nın boykot çağırışlarında, eləcə də Avrozonada satışlarda özünü göstərir.

 

İlon Maskın ABŞ-də "Hökumət Effektivliyi Departament"nə tam girişi və Trampın aqressiv siyasətlərinə dəstəyi ABŞ-də əks reaksiyalar toplamaqda davam edir və əks reaksiya “Tesla” satışlarında əks olunmağa davam edir. 
Bu gün açıqlanan rəqəmlərə görə, “Tesla”nın Hollandiyadakı satışları 2025-ci ilin birinci rübündə 50 faiz azalıb!
2024-cü ilin ilk üç ayında 6,842 olan “Tesla” satışları 2025-ci ilin ilk üç ayında 3,443 oldu.  
İlon Mask və şirkətlərinə qarşı "Teslanın yıxılması" hərəkatı ABŞ-də da başladıldı. Etirazçılar İlon Maskın “Tesla” şirkətini boykot etməyə çağırırlar, şirkət "Hökumət Effektivliyi Departamentinə"nə tam giriş imkanı verməklə, dövlət qurumlarını sıradan çıxarır. Etirazçılar ABŞ-də “Tesla” avtomobillərini hədəf alırlar.

İlon Maskın sərvəti Twitter-də (indi X adı ilə tanınır) səhmlərinin artması ilə 340 milyard dollara çatır.

 

 

Mənbə: Haber Global
Nuray Əliyeva