Malayziyada qaz boru kəmərində yanğın baş verib -112 nəfər yaralanıb

Tarix: 22:25 01.04.2025
Malayziyanın paytaxtı Kuala Lumpurda qaz boru kəmərində sızma səbəbindən baş verən yanğında 112 nəfərin yaralandığı, 47 evin zərər gördüyü bildirilib.
"Malay Mail" qəzetinin məlumatına görə, paytaxtın Putra Heights bölgəsində qaz sızması nəticəsində boru kəmərində yanğın baş verib.
Selangor əyalətinin polis rəis müavini Mohd Zaini Abu Hassan yanğın nəticəsində 112 nəfərin yaralandığını açıqlayıb.
Hassan, hadisə zamanı 47 evin zərər gördüyünü bildirib.
Yerli mediada yayılan xəbərlərdə, səhər saatlarında qaz sızması səbəbindən boru kəmərində başlayan yanğında alovların 500 metrə qədər yüksəldiyi və bir neçə kilometr uzaqdan görünə bildiyi qeyd edilib.
Yanğınsöndürmə qruplarının hadisə yerində müdaxilələrini davam etdirdiyi bildirilib.
Mənbə :TRT Haber
Nigar Həsənzadə