Asqırma yoxsa səssiz təhdid?

Tarix: 21:00 03.04.2025
Son illərdə ölkəmizdə öskürək, boğazda qaşınma, hırıltı, təngnəfəslik, burun tutulması, gözlərin qızarması və asqırma kimi simptomlarla özünü göstərən allergik xəstəliklər geniş yayılıb. Ancaq təəssüf ki, diaqnozun qoyulması uzun çəkə bilər, çünki bu simptomlar tez-tez yuxarı tənəffüs yollarının infeksiyaları, kəskin bronxit və mövsümi qriplə qarışdırılır.
Sinə Xəstəlikləri Mütəxəssisi Dos. Dr. İlim Irmak xəstələrin əksəriyyətinin bu simptomlara önəm vermədiyini və öz-özünə keçəcəyini düşündüyü üçün həkimə müraciət etməkdə gecikdiyini bildirir. O qeyd edir ki, ölkəmizdə allergik xəstəliklərin yayılması artır. Astma xəstələrinin sayı 5-10%, allergik rinit isə 20%-ə çatır. Diaqnozun gec və ya səhv qoyulması səbəbindən xəstələr düzgün müalicə ala bilmir, hətta illərlə müalicəsiz qala bilirlər. Çox vaxt xəstələr şikayətlərinin allergenlə təmasdan qaynaqlandığını dərk etmirlər. Müalicə olunmayan allergik xəstəliklər tənəffüs yollarında geridönməz zədələnmələrə, daralmaya və proqressiv tənəffüs çatışmazlığına səbəb olur.
Allergik tənəffüs yolu və ağciyər xəstəliklərinin erkən diaqnoz və düzgün müalicə ilə nəzarət altına alına biləcəyini vurğulayan Dos. Dr. İlim Irmak, həyat keyfiyyətini aşağı salan, hətta insan həyatı üçün təhlükə yarada bilən allergik xəstəliklərlə bağlı xəbərdarlıqlar edib və təkliflər irəli sürüb.
Mənbə: CNN Türk
Səyyarə Mirzəyeva