Freqoli sindromu

Tarix: 19:41 04.04.2025
Freqoli sindromu nadir psixi pozğunluqdur və bir insanın ətrafındakı fərqli insanların əslində eyni şəxs olduğuna dair yanlış inancına səbəb olur. Yəni, xəstə düşünür ki, tanımadığı və ya fərqli görkəmdə olan insanlar maskalanmış və ya dəyişdirilmiş şəkildə eyni insandır.
Mövzu ilə bağlı psixoloq Nizami Orucov "informator az"a bildirib ki, freqoli sendromundan sağalmaq mümkündür. Amma bu sendromun yaranma səbəbindən aslı olaraq müəyyənləşir:
"Məsələn, beyin travması və ya neyroloji xəstəlik səbəbilə yaranırsa, müalicəsi daha uzunmüddətli ola bilir. Amma hər hansı psixiatrik problemlərdən qaynaqlanarsa, ( məsələn : şizofreniya, bipolyar pozuntu və.s ) müalicə ilə ram edilə, nəzarət ilə toparlana bilər. Bu sendromun əsas yaranma səbəblərinə :
- Şizofreniya və psixotik pozuntular
- Bipolyar pozuntu
- Beyin zədələri
- Travma, stress yaşanması - aiddir.
Freqoli sendromunu yaşayan şəxsin yaxınları ilk öncə səbrli yanaşmalıdırlar. Belə şəxsi tək qoymamalı, yanında olmalıdırlar. Şəxs üçün özünü rahat hiss edəcəyi, sakit mühit yaradılmalıdır. Bu həmin şəxs üçün vacibdir və mütləq bir mütəxəssisdən dəstək almalıdırlar".
Fatimə Heydərova