Sürətli yolda avtomobillə geriyə hərəkət edilir

Bölmə: Sosial › ,
Tarix: 21:17 04.04.2025

Sürətli yolda avtomobillə geriyə hərəkət edilir

 

Sürücülər səhv istiqamətə getdikləri zaman geriyə hərəkət edir. Bu da bir çox hallarda qəzaya səbəb olur. Bəs sürücü hansı hallarda geriyə hərəkət edə bilər?

 

Mövzu ilə bağlı Yol-Nəqliyyat eksperti Ərşad Hüseynov "İnformator.az"a açıqlamasında bildirib ki, yol hərəkəti haqqında qanununun 42-ci maddəsində dəqiq olaraq müəyyən yol hissələri göstərilir ki, belə hallarda geriyə hərəkət qadağandır.

 

"Yol hərəkəti haqqında qanununun 42-ci maddəsində dəqiq olaraq müəyyən yol hissələri göstərilir ki, belə hallarda geriyə hərəkət qadağandır. Bu qanun bütün növ nəqliyyat vasitələrinə aiddir.


Yol hərəkəti haqqında qanununun 42-ci maddəsinə əsasən bu yol sahələrində geriyə hərəkət qadağandır: piyada keçidlərində,
tunellərdə, körpülərdə, estakadalarda və onların altında, dəmiryol keçidlərində, ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə, ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə.Bunlardan başqa, yol hərəkəti haqqında qanununun 42-ci maddəsinə əsasən istənilən yol ayrıcında geriyə hərəkət qadağandır. Sürücü baş yolda və ya ikinci dərəcəli yolda və s. olmasından asılı olmayaraq, geriyə hərəkət etməsi yol verilməzdir.

 

Yol hərəkəti haqqında qanununun 43-cü maddəsinə əsasən, avtomagistrallarda və 5.3 nişanı ilə işarələnmiş avtomobillər üçün yollarda da geriyə hərəkət qadağandır. Belə yolların istənilən yerində geriyə hərəkət qadağandır. Sürücülər bunu mütləq bilməlidirlər. Deməli, geriyə hərəkətlə bağlı digər tələblərdə vardır ki, sürücü geriyə hərəkət etdiyi zaman manevrin təhlükəsiz olduğuna əmin olmalıdır, heç kimə mane olmamalıdır. Sürücülər sıx yolda geriyə hərəkət etmək istəsələr, bu bir mənalı şəkildə real qəzaya səbəb olur. Qeyd edim ki, sürücülərin əksəriyyəti bilmir ki, avtomobillərdə geriyə hərəkət funksiyası sadəcə parklanma yerinə daxil olmaq üçün və ya çıxmaq üçün, yaxud dar həyətlərdə bu kimi yerlərdə avtomobili düzgün idarə edə bilsin deyə geriyə hərəkət funksiyası mövcuddur. Bu funksiya varsa, o demək deyil ki, avtomobil km-lərlə geriyə hərəkət edə bilər. Geriyə hərəkət ən qısa məsafələrdə ola bilər, 100 metrdən yuxarı geriyə hərəkət artıq təhlükəlidir, avtomobil bu zaman ən aşağı sürətlə idarə edilməlidir, saatda 5 km sürətdən yuxarı geriyə hərəkət edə bilməz. Bu qayda dünyanın istənilən yerində təsdiqlənib".

 

Səmayə Səftərova