Yolsuzluq avtomobillərinin yürüşü başladı

Bölmə: Maraqlı › ,
Tarix: 10:37 05.04.2025

 

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə “Offroad” – yolsuzluq avtomobillərinin yürüşü  keçirilir.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən  xəbər verir ki, Bakı-Xızı-Şamaxı marşrutu üzrə yürüş səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. 

Yürüşdə Azərbaycan Avtomobil Federasiyasının üzvləri ilə yanaşı, bu sahəyə maraq göstərən şəxslər, o cümlədən bir sıra məşhurlar da iştirak edir.