“Dələduzluğu törədən şəxslər hakerlərdir” -ŞƏRH

Tarix: 14:00 06.04.2025
Son illər ölkədə online alış-verişə maraq artıb. Artıq insanlar uzun məsafədən bütün ehtiyaclarını qarşılaya bilirlər. Lakin alış-veriş zamanı dələduzluq halları qaçılmazdır.
Əhaliyə məhsulun gec, vaxtsız gətirilməsi və ya ümumiyyətlə sifariş olmadığı halda ona məhsul ilə bağlı mesajların göndərilməsi bu problemlər sırasındadır .
Bu barədə təhlükəsizlik məsələləri üzrə ekspert Elvin Abbasov “informator.az”a açıqlamasında bildirib ki, online alış-veriş əhalinin işini yüngülləşdirsə də, burada da dələduzluq halları qaçılmazdır:
“Lakin biz bunu ehtimal kimi görürük. Çünki həmin platformalardan yüz minlərlə insan istifadə edir. Dələduzluq hallarının artması həmin platformalar üçün ciddi problemlər yarada bilər.
Dələduzluğu törədən şəxslər hakerlərdir. Bunun alış-veriş hesablarına aidiyyəti yoxdur. Ən çox edilən dələduzluq halları bank kartları və şəxsi sənədlərə dair məlumatların ələ keçirilməsidir”.
Zaur Abdullayev