Bakı şəhərində işıq problemi: həll yolları nələrdir? -AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 14:08 06.04.2025

Bakı şəhərinin bəzi ətraf kənd və qəsəbələrində hələ də işıq problemi hökm sürür. Sakinlərin narazılığına baxmayaraq, problem tam həllini tapmayıb. Ətraf ərazilər axşam vaxtı sakinlər üçün ciddi problem yaradır. Dəfələrlə, müraciətə baxmayaraq, hələ də bəzi qəsəbə və kəndlər bu problemdən əziyyət çəkir. Xüsusilə də soyuq qış ayları dözülməz olur.

 

“İnformator.az”a Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, şəhər ətrafı ərazilərdə işıq dirəklərinin quraşdırılması ilə bağlı, yerli icra qurumlarına və bələdiyyələrə müraciət edilməlidir. Müraciətə əsasən, proqram hazırlanır və vəsait ayrılır. Həmin vəsaitə uyğun, Bakı Abadlıq MMC -dən həmin ərazilərdə işıq dirəkləri quraşdırılır. Şəbəkə tam hazır olduqdan isə Bakı şəhər küçə idarəsinin istismarına verilməsi nəzərdə tutulur. ‎

 

Zaur Abdullayev