Xanımların estetik gözəlliyə artan marağının səbəbləri-AÇIQLAMA

Tarix: 09:35 07.04.2025
Son zamanlar estetik əməliyyatların geniş yayılması nəticəsində qadınların əksəriyyəti bir-birinə bənzəməyə başlayıblar. Eyni baxış, eyni gülüş, eyni qəmzələr... Bəs, görəsən, buna marağın səbəbi nədir?
Bununla bağlı, həkim-kosmetoloq Taliə Qasımova "informator.az"a açıqlama verib. Həkim-kosmetoloqun fikrincə, hamı gözəl görünmək, dünyayla ayaqlaşmaq istəyir:
"Sosyal şəbəkələrin mövcud olmadığı dövrdə dünyadan, trendlərdən xəbərimiz yox idi. Ancaq indi hamı trendləri izləyir, baş verən yeniliklərdən xəbərdardır. Bu da xanımlar arasında böyük maraq yaradır. "Baxım" deyəndə hamı dolğu, botoks başa düşür. Lakin sadə üz baxımı belə böyük fərq yaradır. Gözəllik uğruna xanımların, təəssüf ki, əllərində gətirdikləri fotolara bənzəmək istəkləri onları çox eybəcər formaya gətirib çıxarır. Burada həkim kosmetoloqların da öhdəsinə böyük iş düşür, onlara həqiqəti söyləmək, nəyin yaraşıb, yaraşmadığını başa salmaqdır".
Məsumə Məmmədli