Qadınların pensiyaya çıxması qaydasının uşaqların sayına görə müəyyənləşdirilməsi təklif olunur

Bölmə: Sosial › ,
Tarix: 15:00 07.04.2025

Qadınların pensiyaya çıxması qaydasının uşaqların sayına görə müəyyənləşdirilməsi təklif olunur.

 

“İnformator.az” “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

 

Onun sözlərinə görə, qanunda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yalnız kəmiyyət deyil, keyfiyyət prinsipi ilə müəyyən edilməlidir:

"Çoxuşaqlı ailələrdə valideynlərin pensiyaya tez çıxmaq müddəti uşaqların sayına uyğun müəyyənləşdirilməlidir. 5 və daha artıq uşağı olan şəxslər daha tez pensiyaya çıxa bilirlər. Lakin bəzi ailələrdə 5-dən çox uşağı olanlar var. Təklif edirəm ki, pensiyaya tez çıxmaq üçün nəzərdə tutulan güzəştlər ailədəki uşaq sayına görə müəyyənləşsin".