“Yaradıcı jurnalistlərə hər zaman ehtiyac olacaq” -ŞƏRH

Tarix: 19:40 07.04.2025
Texnelogiyanın inkişaf etdiyi dövrdə aktual mövzulardan biri süni intellektin bəzi sahələrə təsiridir. Gün keçdikcə daha çox inkişaf edən süni intellekt bəzi sahələr müsbət təsir bağışlayır , bəzilərinə yox.
Mövzu ilə bağlı media eksperti Hacıbəy Heydərli “informator.az”a açıqlamasında bildirib ki, süni intellekt artıq həyatımıza təsir etməyə başlayıb:
“Həyatın hər sahəsində süni intellekt hiss olunur. Zaman keçdikcə, bu daha da sürətlə irəliləyəcək. Süni intellektin ən sadə proqramları vasitəsilə insanların işlərini asanlaşdırır. Bilgeytsin sözlərinə görə , “10 il sonra artıq müəllimlərə və həkimlərə ehtiyac olmayacaq” , - deyə o bildirib. Bu açıqlama çox düşündürücüdür. Çünki insan həyatında ən vacib peşələrdən hesab olunan hələ müəllimlər və həkimlər peşələridir. Artıq süni intellektin bu sahələri də əvəzlənməsi istiqamətində işlər aparılır. Növbəti mərhələlərdə robot həkimlər, müəllimlər görəcəyik”.
Ekspertin sözlərinə görə , jurnalistikada cəmiyyətin əsas , ayrılmaz sahəsi olduğu üçün bu sahədə də süni intellekt yeniliklər edəcək:
“Bəzi jurnalistika sahələrini sıradan çıxarması ilə bağlı dünyada müzakirələr gedir. Artıq redaktorluq, xəbər admini , xəbər yazan və.s proqramlar dünyada geniş yayılıb. Bu da növbəti illərdə daha da təkminləşdiriləcək. Süni intellekt insanı əvəz edə bilər. Amma jurnalistika yarıdıcı sahə olduğu üçün heç bir halda , süni intellekt insan beynin məhsulunu əvəz edə bilməz. Yaradıcı jurnalistlərə hər zaman ehtiyac olacaq.
Jurnalistikanın texniki tərəfləri süni intellektlə əvəz olunması prosesi artıq dünyada başlayıb. Jurnalist bundan qorxmalı deyil. Jurnalistika da süni intellektin verdiyi yeniliklər vasitəsilə daha da geniş şəkildə özünü inkişaf etdirə bilər”.
Kəmalə Vəliyeva