Azərbaycanın Qarşılaşdığı Real Təhlükə və Ədalət Axtarışı-Mina Təhlükəsi

Bölmə: Sosial › ,
Tarix: 20:43 07.04.2025

Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar həyat və sağlamlıqlarını itirir. Cəbrayıl və Ağdamda baş verən mina partlayışları 4 nəfərin, o cümlədən uşaqların xəsarət alması ilə nəticələnib.


Mövzu ilə bağlı siyasi şərhçi Mübariz Göyüşlü "İnformator.az"a açıqlamasında bildirib ki, dünyada mina problemi ən geniş yayılmış problemdir:


"Təəssüf ki, mina problemi hələ də aktualığını qoruyub saxlayır və insanlara çox böyük problemlər yaradır, can almağa davam edir. Azərbaycan üçündə çox aktual məsələdir bu problem Ermənistanın yaratdığı ən əsas məsələlərdən biridir. Azərbaycan dəfələrlə Ermənistana bununla bağlı müraciətlər edib ki, düzgün xəritələr təqdim etsin. Dəfələrlə bu problemlə bağlı dünya ictimaiyyətinə müraciətlər edib. Lakin Ermənistan bu müraciətlərdən yayınır və beynalxalq ictimaiyyət bu mövzuda Ermənistana heç bir təziq etmir ki, standartları biz müşahidə edirik. Lakin biz buna baxmayaraq özümüz bu minaları həmin ərazilərdən təmizləyirik və quruculuq, abadlıq işləri aparırıq. Problem ciddidir. Xalqımız çox ciddi bir ziyan görür".


Ayşən Səlimova



Bölmədən digər xəbərlər
Hacıqabul və Salyan rayonlarında yaşıllaşdırma işləri ilə bağlı monitrinq keçirilib
Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 iyun 2025-ci il tarixindən “Səhralaşma ilə mübarizə” layihəsinin icra edir.