6 Aprel Buraxılış İmtahanı: Hansı Təəssüratlar Yaratdı?

Bölmə: Sosial › ,
Tarix: 21:58 07.04.2025

6 aprel 2025-ci ildə keçirilən buraxılış imtahanı iştirakçılar arasında müxtəlif təəssüratlar yaradıb.

 

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı "İnformator.az"a açıqlamasında bildirib ki, keçən ilki məzunlar üçün təyin olunan imtahanla müqayisədə bu ilki imtahanın səviyyəsi bənzərdir:

 

"Buraxılış imtahanları həm cari ilin məzunları, həm də əvvəlki illərin məzunları üçün eyni tipdə və təxmini eyni səviyyədə keçirilir. Burada DİM-in məzunlar üçün ayrı qəbul proqramı nəzərdə tutulmur. Çünki nəticə olaraq müxtəlif tarixlərdə imtahan versələr də, bütün abituriyentlər ixtisas seçimində bərabər hüquqa malik olurlar. Blok imtahanı keçən il kifayət qədər çətin salındı. Bu il imtahanların səviyyəsinin daha çətin olacağı gözlənilmir. Ümumilikdə isə ixtisasların ballarının keçən illə müqayisədə artıb-azalmasını 11-ci siniflərin buraxılış imtahanlarının nəticələri müəyyən edəcək".

 

Nigar Həsənzadə