SƏNƏD yoxsa SƏNƏT?-SORĞU

Tarix: 22:42 07.04.2025
Hər kəs universitetə fərqli məqsədlərlə yollanır. Bəziləri diplom almaq üçün, bəziləri isə seçdikləri ixtisasın mütəxəssisi olmaq üçün oxuyur. İxtisas üçün oxuyan tələbələr dərslərə diqqətlə yanaşır, sahələrində dərin bilik əldə etməyə çalışırlar. Onların əsas məqsədi gələcəkdə peşəkar mütəxəssis olmaqdır. Amma bəziləri üçün isə universitet diplom almaq üçün bir vasitədir. Onlar dərslərə maraq göstərmir, imtahanları yola vermək üçün minimal səviyyədə hazırlaşırlar.
Bununla bağlı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinin fikirlərini öyrəndik. "İnformator.az" sorğunu təqdim edir:
Zərif Sofiyeva "informator.az"a mən ixtisasım üzrə təhsil alan tələbələrdən biridir:
"Düşünürəm ki, jurnalistikaya indiki dövrdə peşəkar və bacarıqlı kadrlar lazımdır. Bunun üçündə universitetlərin üzərinə böyük məsuliyyət düşür. Həmçinin onların praktika təcrübələridə əsas götürülür. İnanıram ki, gələcəkdə ixtisasıma uyğun bir vətəndaş kimi yetişəcəm".
Qasımov Həbib isə bu ixtisasa təsadüfən düşdüyünü qeyd edir:
"Mən jurnalistika ixtisasına məcburiyyətdən düşmüşəm. Sosial iş üzrə təhsil almaq istəyirdim. Balım sosial işə yox bura çatdığı üçün buranı seçdim. Sadəcə ali təhsilli olmaq üçün davam etdirirəm".
Nurcan İsmayılova isə əvvəlcə jurnalistika ixtisasını sevdiyini, lakin sonradan bu ixtisasa uyğun olmadığını anlayanlardandır:
"Mənim məqsədim diplom almaqdır. Bunun üçün dərslərimə diqqətlə yanaşıram ki,ortalamam yüksək olsun. Lakin qəbul olduqda bu ixtisas üzrə çalışmaq istəsəm də, hazırda bunu düşünmürəm.
Çingiz Əmrahov jurnalistika ixtisası üzrə mütəxəssis olmağı arzulayır:
"Mən ixtisasım üzrə mütəxəssis olaraq yetişmək istəyirəm. Bunun üçündə dərslərimə diqqətlə yanaşıram. Eyni zamanda praktikayada üstünlük verirəm".
İxtisas üçün oxuyan tələbələr praktik biliklər və nəzəri bilikləri birləşdirərək iş həyatında daha tez uğur qazanırlar. Diplom bir kağızdır,bilik və bacarıq isə gələcəyin açarıdır. Uğur üçün bilik və təcrübə əsasdır.
Niyaz Hacıyev