İnsanlar yaz allergiyalarından necə qorunmalıdırlar? -ekspert AÇIQLAYIR…

Tarix: 22:42 07.04.2025
Yaz fəsli 20 martda Azərbaycana daxil oldu. Yazın gəlişi Novruz Bayramı ilə qeyd edilsə də, bu mövsüm gəlişi ilə bir sıra allergiyaları da gətirir ki, bunlar artıq özünü büruzə verməyə başlayıb. Xüsusilə allergik insanlarda asqırma, öskürmə, burun tutulması kimi hallar müşayiət olunur. Sözügedən problemlər həmin insanları olduqca narahat edir, qorunmanın yollarını axtarırlar.
Bu barədə həkim-terapevt Şahvələd Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, yaz allergiyaları fevralın sonu, martın əvvəllərindən başlayır:
“Uşaqlarda və böyüklərdə ən çox rast gəlinən allergik rinit (burnun selikli qişasının allergik iltihabı) və allergik konyuktivitdir (gözün selikli qişasının allergik iltihabı). O cümlədən övrə və digər allergik səpkili xəstəliklər, allergik dermatitlər çox yayılıb. Ona görə allergiyalı xəstələrə məsləhət görülür ki, bu aylarda həkimə müraciət etsinlər, müəyyən müayinələrdən keçib adekvat müalicələrini alsınlar. Yazda ən çox rəst gəlinlən r polen alergiyası adlanan bahar allergiyasıdır”.
Ş.Məmmədov allergiyalardan qorunmaq üçün spreylərdən istifadə etməyin zərərlərindən də danışıb:
“Bu gün Azərbaycan dərman bazarında kifayət qədər spreylər var ki, o spreylər ciddi fəsadlara gətirib çıxardır. O cümlədən burun polipi, burunun hipertrofik iltihabı və s. Yalnız həkim təyinatı ilə göstərilən spreylərdən istifadə edilməlidir”.
Rafiq Yusifov