Qlobal sağlamlıq təhlükəsi

Tarix: 22:30 07.04.2025
Malayziyanın Terengqanu şəhərindəki xəstəxanada yüksək dərəcədə antibiotikə davamlı və ölümcül Acinetobacter baumannii ştammı aşkar edilib. Alimlər sözügedən bakteriyaların qlobal miqyasda geniş yayılan və xalq sağlamlığı üçün ciddi təhlükə yaradan GC2 ştammına aid olduğunu açıqlayıblar.
Tədqiqatçılar 2011-2020-ci illər arasında ərazidə toplanan 126 bakteriya nümunəsini tədqiq ediblər. Nəticələr bakteriyaların bir sıra antibiotiklərə qarşı müqavimət göstərdiyini ortaya çıxarıb.
Araşdırmanın nəticələri Microbial Genomics jurnalında dərc olunub. Beynəlxalq tədqiqat qrupu, tədqiq etdikləri nümunələrin 97%-nin antibiotik müqavimətini yaymaqdan məsul olan plazmid DNT-dən ibarət olduğunu bildirdi.
"Nəzarətin olmaması ciddi risk yaradır"
Tədqiqatın müəlliflərindən biri olan Dr. David Cleary araşdırmanı belə qiymətləndirdi:
"Bizim bu təhlükəli A. baumannii ştammının xəstəxanalarda yayılmağa davam etdiyinə dair yeni sübutlarımız var. Bununla belə, aşağı və orta gəlirli ölkələrdən əldə edilən məlumatlar xəstəliyin yayılmasının qarşısının alınması və inkişafının qarşısını almaq üçün hələ də kritikdir”.
Beynəlxalq əməkdaşlıq vacibdir
Araşdırmanın aparıcı müəllifi Malayziyanın Sultan Zaynal Abidin Universitetindən Prof.Chew Chieng Yeo aşağıdakı bəyanatı verdi:
"Tədqiqatımız çoxlu dərmanlara davamlı bakteriyaların yayılmasına qarşı mübarizədə beynəlxalq tədqiqat əməkdaşlığının nə qədər vacib olduğunu göstərir. Xüsusilə bəzi bölgələrdən məlumat çatışmadıqda, bu əməkdaşlıq daha da kritik olur”.
Mənbə: TRT Haber
Məhərrəmli Xədicə