Qəfəsdə qalan canlılar

Tarix: 23:03 07.04.2025
Heç düşünmüsünüzmü, həyatınızı yaşadığınız mühitdən uzaq, bağlı dəmirlə arasında keçirəsiniz?
Sözsüz ki, bu dəhşətli səslənir. Bəs onda heyvanlar da öz mühitinə və azadlığa layiq deyillərmi? Bu məqalənin məqsədi heyvan azadlığının və onların əqli, fiziki sağlamlığının əhəmiyyətini vurğulamaqdır. Bu gün zooparklar və böyük akvariumlar heyvanlar vasitəsilə qazanc əldə etməyi və ölkəyə səyahət edən turistlərin diqqətində olmağı qarşılarına məqsəd kimi qoyurlar. Bu cür gəlir mənbəyi üçün heyvanlar fiziki və psixoloji zorakılığa məruz qalmalıdılarmı?
Zooparkların 75%-nin heyvanlardan sui-istifadə etdiyi məlumdur. ( Heyvanların müdafiəsində, 2021). Bu Statistikalar Ümumdünya Zooparklar və Akvariumlar Assosiasiyasına daxil olan 78 ölkədə 1200 akvarium və zoopark arasında aparılan sorğudan əldə edilib. Elə bu fakt heyvanlar üçün zooparkların zərərinə aydın izahat verir. Heyvanlar həm əqli, həm də fiziki cəhətdən sağlam olmayan qəfəsdə olduqları zaman ziyarətçilər tərəfindən xoşagəlməz və anti-humanist davranışlara məruz qalırlar. Hamımız zooparklarda heyvanlara baş çəkməyimizə baxmayaraq, onların gizli problemlərini heç vaxt anlaya bilmirik. Məhz buna görə də, bu araşdırma heyvanların real vəziyyətini başa düşmək üçün gözəl nümunədir.
Digər tərəfdən, zooparkların ölçüsü əksər heyvanlar üçün yüzlərlə dəfə kiçik ola bilər ki, bu da onların hərəkət qabiliyyətini azaldılmasına və fiziki sağlamlıq vəziyyətininin pisləşməsinə gətirib çıxarır.
Qütb ayıları, pələnglər və şirlər kimi iri heyvanların ətrafdakından 18 000 dəfə az yeri var. Buna görə də, zooparklar onların fiziki həmçinin, psixoloji sağlamlıqlarında pozğunluqlara gətirib çıxarır. Məsələn, sərbəst yeriyib, hərəkət edə bilməyən heyvanlar ziyarətçilərə qarşı daha aqressiv olurlar.
Nəticədə, öz doğma mühitindən uzaq olan heyvan zoopark və qapalı məkan kimi yeni mühitlərdə böyük problem yarada bilər. Ümumiyyətlə, onlar öz mühitində olanda hər şey gözəldir.
Bu iki araşdırma göstərir ki, zooparklar heyvanların həyatı üçün təhlükəlidir və heyvanların normal və sağlam həyatı üçün qadağan edilməlidir.
Mənbə: Experts Agree: Zoos Do More Harm Than Good. (2021, mei). IDA USA. Geraadpleegd op 15 april 2022, van https://www.idausa.org/experts-agree-zoos-harm-good/
Isakov, F. (2022, 18 februari). 19 Sad Animals in Captivity Statistics (2022 UPDATE). Petpedia. Geraadpleegd op 15 april 2022, van https://petpedia.co/animals-in-captivity-statistics/#:%7E:text=Top%2010%20Animal%20Captivity%20Statistics,of%20captive%20animals%20are%20endangered.
Hamar Quluzadə