“Özünü ziyalı, elit sayan insanlar özündən aşağı təbəqə ilə həmsöhbət olmaq istəmir”-SOSİOLOQ

Bölmə: Sosial › ,
Tarix: 11:13 08.04.2025

Cəmiyyətlər tarix boyu fərqli sosial strukturlar əsasında təşkil olunub. Bu strukturların ən mühüm komponentlərindən biri isə sosial təbəqələşmədir. Sosial təbəqələşmə – insanların cəmiyyətdə sosial statuslarına, iqtisadi imkanlarına, təhsil səviyyələrinə və digər göstəricilərə əsaslanaraq fərqli təbəqələrə bölünməsi prosesidir. Bu bölünmə insanların həyat keyfiyyətinə, hüquqlarına və imkanlarına birbaşa təsir göstərir.

Sosial təbəqələşmə anlayışı həm tarixi, həm də müasir dövrdə sosial ədalət, bərabərlik və inkişaf kimi məsələlərin mərkəzində dayanır. Müxtəlif nəzəriyyəçilər bu fenomeni fərqli aspektlərdən izah etmiş və onun cəmiyyətin strukturunda necə rol oynadığını araşdırmışlar. Bu mövzu sosial elmlər üçün olduqca əhəmiyyətli olmaqla yanaşı, real həyatda insanların gündəlik təcrübələrini və münasibətlərini də dərin şəkildə təsirləndirir.

Bu barədə “informator.az”a danışan Sağlam Cəmiyyət Hərəkatının eksperti Lalə Mehralı deyir ki, dünya var olduğu gündən təbəqələşmə olub, bundan sonra da olacaq:

"Belə vəziyyətlər insan cəmiyyətində maraqların daha çox maddi nəsnələr üzərində cəmləndiyi üçün müşahidə edilir. Sosial təbəqələr səviyyə, həyat tərzi, təhsil kimi xüsusiyyətlərə görə bir-birinə bənzəməyən və bunun fərqində olan insanların təşkil etdiyi cəmiyyət tərkibidir.  Bu təbəqələr bəzən iqtisadi vəziyyətlərinə, bəzən oxşar siyasi və iqtisadi maraqlarına görə qruplaşdırılır. Bu günkü təbəqələşmə qədim sinifləndirmənin müasir formasıdır. Sosial siniflər faktiki qruplardır, bəzən onlar arasında da mübadilə baş verir. Bir sinifdən olan biri digərinə keçə bilir, aşağı təbəqədən kimsə yuxarı təbəqəyə inteqrasiya edir".

Ekspert əlavə edib ki, hazırda dünyada 3 əsas təbəqələçşmə pilləsi qəbul edilir – yüksək, orta və aşağı təbəqə:

"Bəzən 4-cü – bəzi sənaye ölkələrindəki fəhlələrin yaratdığı təbəqə də var. Bu 3 əsas təbəqə arasında  mədəniyyət, iqtisadiyyat, sosial sahələrdə uyğunsuzluq var. Bu da onların arasındakı münasibətlərə təsirini göstərir. Lakin aşağı təbəqədən biri sinif dəyişdirərək daha üst təbəqəyə yüksələ bilirsə bu fikirlər dəyişir, onun yeni təbəqəsindəki mövqeyi  qəbul edilir. Bu proses adətən maddi-iqtisadi yüksəliş əldə edənlər üçün keçərlidir. Belə olan halda onun təhsilinə, intellektinə, mədəniyyətinə əhəmiyyət verilmir".

Kamil İsgəndərli



Bölmədən digər xəbərlər
Hacıqabul və Salyan rayonlarında yaşıllaşdırma işləri ilə bağlı monitrinq keçirilib
Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 iyun 2025-ci il tarixindən “Səhralaşma ilə mübarizə” layihəsinin icra edir.