Emosional zəkanın inkişafı şəxsi həyatda necə təsir göstərir?

Tarix: 14:10 08.04.2025
Emosional zəka, insanların öz duyğularını başa düşmə, idarə etmə və başqalarının duyğularına empati göstərmək qabiliyyətidir.
Mövzu ilə bağlı psixoloq Leyla Məmmədova "İnformator.az"a açıqlamasında bildirib ki, emosional zəka həqiqətən, çox geniş və dərin bir mövzudur, hansı ki, bizim bir çox həyat sferalarımızı əhatə edir:
"Əvvəla qeyd edim ki, emosional zəka həqiqətən, çox geniş və dərin bir mövzudur, hansı ki, əslində, bizim bir çox həyat sferalarımızı əhatə edir. İnsanın öz emosialarını, eyni zamanda başqalarının emosialarını tanıma və onları idarə edə bilmə bacarığına emosional zəka deyilir. Bizim zəkamız iki sferadan ibarətddir ,birincisi rasional (İQ), ikincisi emosial (EQ). Düşünürəm ki, həm İQ, həm də EQ həyatımızda bir-birini tamamlayan iki əsasdır. Hətta bəzi vəziyyətlərdə deyərdim ki, emosional zəka İQ-dən daha da önəmlidir. Yüksək emosional zəka (EQ) insanlara bir çox mövzularda və sahələrdə kömək edir. Bunlara aiddir, ünsiyyət Bacarıqları yəni, yüksək emosional zəka sahibi olan insanlar daha yaxşı dinləyici ola bilirlər. Onlar başqalarının hisslərini və ehtiyaclarını anlamaqda daha bacarıqlıdırlar, bu da daha səmimi və effektiv ünsiyyət yaradır. Empati yəni, emosional zəka, empati bacarığını artırır. Beləliklə, insanlar başqalarının duyğularını daha yaxşı anlamaqla, onlara dəstək ola bilir, münasibətləri gücləndirir və sosial bağları möhkəmləndirir. Duyğularını İdarəetmə yəni, yüksək EQ ve EZ (emosional zəka) insanlara öz emosiyalarını tanımaq və idarə etmək, stressi azaltmaq və münaqişələri daha səmərəli şəkildə həll etmək imkanını verir. Qərar qəbuletmə yəni, emosional zəka, insanlar üçün daha yaxşı qərarlar verməyə kömək edir, çünki onlar öz hisslərini və başqalarının hisslərini balanslı şəkildə qiymətləndirirlər. Liderlik və motivasiya yəni, emosional zəka, liderlik qabiliyyətlərini inkişaf etdirir. Yüksək EZ-yə malik liderlər, komanda üzvlərinin motivasiyasını artıraraq, iş mühitini daha müsbət edə bilərlər. Sosial bacarıqlar yəni, emosional zəka, insanların sosial münasibətlərini yaxşılaşdırır. Yüksək EZ sahibi insanlar daha asan dostluq qura bilir, münaqişələri daha yumşaq yollarla həll edir və sosial şəbəkələrini genişləndirir. Yekun olaraq, yüksək emosional zəka insanlara daha yaxşı münasibətlər qurmaq, stressi idarə etmək və ümumi həyat keyfiyyətini artırmaqda kömək edir. Emosional zəka, həm şəxsi, həm də professional mühitdə uğurun açarıdır.
Emosional zəkanın komponentlərinə özünütanıma, özünü idarə etmə, empatiya,netvorkinq yəni, ilkin istəklərindən asılı olmayaraq, insanlarla ortaq dil tapmaq və münasibət qurmaq bacarığı aiddir. Ümumiyyətlə, emosional zəkanın inkişafı uşaqlıqdan başlamalıdır və burada valideynin rolu çox böyükdür. Valideyn övladı az yaşlı olanda onunla daha çox vaxt keçirməlidir, onunla birlikdə kinolar, filmlər izləməlidir, kitablar oxumalıdır və onları təhlil etməlidirlər, övladının bununla bağlı fikir və düşüncələrini öyrənməlidir, yanlış və doğruları müzakirə etməlidirlər. Yəni, mütəmadi olaraq, valideyn uşaqla bu cür ünsiyyət qurmalıdır, onda emosional zəkanın formalaşmasına, inkişaf etməsinə yardımçı olmalıdır. Valideyn övladı ilə ünsiyyət zamanı yaşadığı duyğuları adlandırmalıdır, kədər, əsəb, xoşbəxtlik, bədbəxtçilik və s. duyğularla övladlarını tanış etməlidir. Bu onların inkişafında böyük rol oynayır. Ümumiyyətlə, bu cəmiyyətimizdə böyük problemlərdən biridir, çünki, müşahidə edirəm ki, uşaqların bir çoxu duyğu, düşüncə, hissləri arasında fərqi anlaya bilmir. Buda onu göstərir ki, günümüzdə bir çox uşaqların emosional zəkası çox aşağıdır. Təbii ki, buda nəticə etibarilə ona gətirib çıxarır ki, bu uşaqlar gələcəkdə düzgün ünsiyyət qura bilmirlər, sağlam münasibətlər qura bilmirlər, ətrafındakı insanları anlaya bilmir və onlara empatiya göstərə bilmirlər və s. Həmin insanlar buna görə çox əziyyət çəkirlər, bu onlar üçün heç də asan deyil. Belə insanlar düzgün inkişaf edə bilmir, kollektivə uyğunlaşa bilmir və s. Yəni, bunun çox fəsadları olur. Emosional zəkanın inkişafı üçün praktiki üsullara misal olaraq, bir film izləyə bilərik və filmdə nə baş verdiyini, personajların necə duyğular yaşadığını, onların emosional sferasında nə baş verdiyini və o haqda təxminlər qura bilərik və düşünürəm ki, bu çalışmanı edərək, emosional intellektimizə olduqca müsbət təsir göstərə, inkişafını dəstəkləyə bilərik.
Praktikalara digər nümunə olaraq, qeyd edə bilərik ki, insanlar hər hansı hadisəyə qarşı öz duyğu və hisslərini gündəliyinə qeyd edə bilərlər. Bununlada tədricən insanlar öz duyğularını daha yaxından tanımış olurlar və düzgün şəkildə nə yaşadıqlarının fərqinə varmış olurlar, duyğularını idarə etməyi öyrənirlər. Nəfəs teknikasıda praktikada önəm daşıyır.Emosional zəkası aşağı olan insanla münasibət qurmaq çətinlik yaradır. Belə insanlar, təbii olaraq, öz hisslərinin fərqində deyil, başqalarının hisslərini anlamır və onlara qarşı empatiya göstərə bilmir. Bu cür insanlar necə deyərlər , uşaq kimi davranırlar, bəzi mövzularda küsürlər, toksik reaksiyalar göstərirlər və s. Bu səbəbdən belə insanlarla münasibət qurmaq çətin olur. Buda onu göstərir ki, emosianal zəkanın şəxsi münasibətlərdə də rolu böyükdür. Əgər hiss edirsinizsə ki, emosional zəkanız aşağı səviyyədədir, bu dəyərli fərqindəlikdir, çünki, hər insan bunu özünə etiraf edə bilmir. O zaman insanlara tövsiyyəmiz odur ki, həmin şəxs öz üzərində çox çalışsın, həyatında yaşadığı problemlərin səbəbkarı özü olduğunu dərk etsin və o məsuliyyəti öz üzərinə götürə bilməlidir. Əgər öz üzərinə məsuliyyət götürə bilirsə, bu zaman ətrafdan dəstək ala bilər. Təbii ki, professional dəstəkdən söhbət gedir. İnsan emosional zəkanın özündə zəif olduğunun fərqinə varıbsa, demək ki, problemin 50%-ni həll edə bilmişik, digər həll yoluda professional mütəxəssislə çalışaraq, ətrafdan dəstək alaraq problemin öhdəsindən gələ bilirik.".
Səmayə Səftərova

Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 iyun 2025-ci il tarixindən “Səhralaşma ilə mübarizə” layihəsinin icra edir.