8 aprel 2025-ci ilin bürc proqnozu

Bölmə: Maraqlı › ,
Tarix: 00:01 08.04.2025

Qoç ♈️

 

Gün çətin başlasa da, axşama doğru hər şey yoluna düşəcək. Səhər əsəb və narahatlıq hiss edə bilərsiniz. Təkbaşına görülən işlərə üstünlük verin, çünki başqaları ilə anlaşmaq çətin olacaq. Axşam başladığınız işləri uğurla tamamlayacaq, münasibətləri düzəldə biləcəksiniz.

 

Buğa ♉ 

 

Güclü və enerjili bir gündür. Çətinliklər sizi qorxutmayacaq, başqalarının bacarmadığı işlərin öhdəsindən gələcəksiniz. İdeyalarınız dəstəklənəcək, uğurlu əməkdaşlıq mümkündür.

 

Əkizlər ♊ 

 

Enerji və inam dolusunuz. Uğurlar üçün zəmin yaratmaq və rəhbərlikdən dəstək almaq üçün yaxşı vaxtdır. Axşama doğru köhnə problemlərlə qarşılaşa bilərsiniz, amma ciddi çətinlik gözlənilmir.

 

Xərçəng ♋ 

 

Günə yavaş başlayın. Səhər rutin işlərlə məşğul olun və mübahisələrdən uzaq durun. Günortadan sonra vəziyyət yaxşılaşacaq, uğurlu razılaşmalar mümkündür. Yaxınlarınızın dəstəyi önəmli olacaq.

 

Şir ♌ 

 

Uğurlu, amma diqqətli olmalı olduğunuz gündür. Sərfəli sövdələşmələr mümkündür. Yeni tanışlıqlar edəcəksiniz, amma etibar məsələsində tələsməyin.

 

Qız ♍ 

 

Məşğul və yorucu gündür. Səhər sadə işlərlə başlayın, çünki diqqəti toplamaq çətin olacaq. Günortadan sonra köhnə problemlər ortaya çıxa bilər. Axşam yaxınlarla vaxt keçirmək rahatladıcı olacaq.

 

Tərəzi ♎ 

 

Səhər ailə məsələləri planlarınıza təsir edə bilər. Buna baxmayaraq, sakitliyinizi qorusanız, yaxşı imkanlardan istifadə edə bilərsiniz. Günortadan sonra bəxtiniz gətirəcək, vacib insanlarla münasibətlər düzələcək.

 

Əqrəb ♏ 

 

Gün gərgin və narahat keçə bilər. Keçmiş işləri başa çatdırmaq üçün planlarınızı dəyişməli olacaqsınız. Mübahisələrə girməyin, hər şeyi üzərinizə götürməyin. Yeni layihələr üçün əlverişli gün deyil.

 

Oxatan ♐ 

 

Uğurlu və əlaqələr üçün əlverişli gündür. Optimistliyiniz sizə yardım edəcək. Rəhbərlərlə müsbət dialoqlar mümkündür. Uğura arxayın olmayın, detallara diqqət yetirin.

 

Oğlaq ♑ 

 

Səhər işləriniz uğurlu olacaq, fürsətləri qaçırmayın. Münaqişələri həll etmək və çətin məsələləri çözmək üçün uyğun zamandır. Günortadan sonra diqqət yayına bilər, tələsik qərarlar verməyin.

 

Dolça♒️

 

Səhər parlaq çıxışlar və uğurlar mümkündür. Yeni tanışlıqlar və dəstək əldə edə bilərsiniz. Axşama doğru yorğunluq və gərginlik arta bilər, münaqişələrdən uzaq durmağa çalışın.

 

Balıq ♓️

 

Səhər gərgin keçə bilər, amma günün ikinci yarısı uğurlu olacaq. Köhnə vədlərlə məşğul olmaq lazım olacaq. Tezliklə vəziyyət yaxşılaşacaq, mübahisəli münasibətlər düzələ bilər.

 

 

Türkanə Meşədiyeva