Reinkarnasiya-ruhun yeni bir başlanğıca keçidi

Bölmə: Maraqlı › ,
Tarix: 21:26 09.04.2025

 

 

Reinkarnasiya — ölümün son deyil, ruhun yeni bir başlanğıca keçidi olduğuna dair qədim və müasir inancdır. Bu anlayış minilliklər boyu insanların ölüm, həyat və ruh anlayışlarına yanaşmalarına təsir göstərmişdir.

 

Mövzu ilə bağlı ekspert Nərmin Zeynalova "İnformator.az"a bildirib ki,reinkarnasiyanın,o cümlədən karmanın bizim həyatımıza təsiri vardır.Bu zaman insanlar bəzi təcrübələr toplayırlar və həyatdan buna dair bir çox işarələr ala bilirlər:

 

"Reinkarnasiya bizim ruhumuzun bu dünyaya yenidən gəlməsidir.Astroloq olaraq deyə bilərəm ki, belə bir şey mövcuddur və biz bunu doğum xəritələrində görə bilirik. Keçmiş həyatımızdan olan təcrübəni biz özümüz ilə gətiririk. Bu dünyada onu 35-36-37 belə yaşlara kimi yaşamalıyıq və hansısa bir cavab verməliyik,həyatdan müəyyən bir dərslər almayıq. Biz doğum xəritəmizdə də neyləyəcəyimizi görürük. Artıq 37-38 yaşımızdan sonra biz gələcək həyata aparacağımız təcrübəni toplayırıq və o təcrübə ilə gələcək həyatlarımızda yaşayacayıq. Həyat tərzinə və davranışa elə təsir göstərir ki,biz ,həqiqətən də,bu təcrübəni xatırlamırıq.Amma həyatdan müəyyən işarələr ala bilərik. Bu işarələr bizim həyatıma təsir göstərə bilər. Çünki həyat bizi müəyyən təcrübələrə yaşamağa məcbur edəcək,həyatımızda hansısa hadisələr baş verəcək. Məsələn,biz bu həyatda nələrisə etməliyik və istədik -istəmədik biz bunları edəcəyik. Bu təcrübəni düzgün 36-37 yaşa kimi yaşamayan insanlar kainatdan bəzi işarələr alırlar və onları da görməyəndə, özlərini görməməzliyə vuranda həyatda ciddi bir problemlə rastlaşa bilərlər. Biz tarixə də nəzər salsaq, bu yaşlarda həyatdan gedən insanlar da çox olur və hansısa bir problemlə rastlaşan insanlar da. Astroloq kimi deyə bilərəm ki,mənə müraciət edən insanların bir çoxu 35-40 yaşları arasında olan insanlardır. "Bu həyata mən nə üçün gəlmişəm?" , "Mənim karmam nədir?" və s. suallar ilə gəlirlər. Məncə,bu ideyanın bizə heç bir psixoloji təsiri yoxdur.Amma reinkarnasiyanın özünün, yəni karmanın bizim həyatımıza mütləq təsiri var".

 

Ekspert reinkarnasiya ilə ölüm qorxusu arasındaki əlaqələrdən də söz açıb:

 

"Reinkarnasiya, mənim fikrimcə, ölüm qorxusuna heç cürə təsir göstərə bilməz. Çünki ölüm qorxusu təbii bir şeydir,hamı bunu yaşayır,hamının həyatında bu olur,heç kim ölmək istəmir. Hətta,biz gələcək həyatımızı düşünürüksə yenə də ölməyi fikirləşmirik, bu həyatdan getmək istəmirik. Müəyyən yaşdan sonra dediyim kimi gələcək həyata aparacağımız yeni təcrübə toplayırıq və karmamızı düzgün şəfalandırırıqsa hər şey qaydasında olur. Düzdür, biz bu dünyaya cismən yenidən gəlməyə bilərik və bu pis deyil,əksinə,yaxşı bir şeydir. Çünki biz bu həyata,adətən, gələrək hansısa təcrübə toplayıb o təcrübəni şəfalandırmaq üçün gəlirik. Əgər biz bunu etmiriksə, yenidən gəlib hansısa ciddi problemlərlə rastlaşa bilərik. Belə deyə bilərəm ki, karma yükü ilə həyata yenidən gəlmək bir o qədər də müsbət şey deyil , əksinə, hansısa bir çətinliklərə səbəb ola bilər. Xüsusilə ,özünə qəsd edən insanların karması bir qədər ağır olur və onlar mütləq yenidən gəlib həyatdan könüllü olaraq deyil, fəlakət nəticəsində gedirlər. Məsələn, bura ana bədhində tələf olanlar,uşaqkən vəfat edən uşaqlar aiddir. Ola bilsin ki , bunlar keçmiş həyatda özlərinə qəsd edən ruhlardır".

 

Nəzrin Məmmədova