10 aprel 2025-ci ilin bürc proqnozu

Tarix: 00:22 10.04.2025
♈ Qoç
Səhhətinə və işlərinə daha çox diqqət yetirirsən. Hər şeyi qaydaya salmaq istəyirsən, amma gün sonuna yaxın stress hiss edə bilərsən. Özünə vaxt ver və dincliklə işi tarazlaşdır. Planlı olduqca daha rahat və güvənli olacaqsan.
♉ Buğa
Bu gün özünü ifadə etmək və əylənmək istəyirsən. Amma hisslərin qarışa bilər, qərar verməzdən əvvəl yaxşı düşün. Sosial münasibətlərdə ifrata varma. Güvənini artırmaq üçün bacarıqlarına inan.
♊ Əkizlər
Bu gün evə və şəxsi həyata yönəlmək istəyirsən. Sadəlik sənə yaxşı təsir edər. Günün ikinci yarısında qərarsızlıq yarana bilər. Özünü yormadan, sakit qərar ver. Bəzən fasilə vermək ən yaxşı seçimdir.
♋ Xərçəng
Bir çox işlə məşğul olmaq istəsən də, fokuslanmaq çətin ola bilər. Tək bir işə yönəlmək daha faydalıdır. Ruhunu bəsləyən işlərə və sevdiklərinə vaxt ayır.
♌ Şir
Bu gün maddi rahatlıq və uğur istəyi ön plandadır. Balans yaratmasan, stress ola bilər. Təkbaşına hərəkət yaxşıdır, amma əməkdaşlıq daha çox fayda verə bilər. Real ol və olanla kifayətlənməyi öyrən.
♍ Qız
Ay sənin bürcündədir, hisslərin güclənə bilər. Hər şeyə həddindən artıq reaksiya vermə. Bir çox məqsədin olsa da, hər şeyi birdən etməyə çalışma. Ailə və sosial həyat arasında balans önəmlidir.
♎ Tərəzi
Sakitləşmək və düşünmək istəyirsən. Özünü emosional yeniləmək üçün yaxşı gündür. Amma qərarsızlıq yarana bilər. Sadələşdir və önəmli olanlara fokuslan. Fırsətləri dəyərləndir.
♏ Əqrəb
Dostluq və komanda işi ön plandadır, amma şəxsi işlərini unutma. İfadə tərzində dəyişiklik maraqlı ola bilər. Hər şeyə sahib olmasan da, olanla davam etməyi bacar.
♐ Oxatan
İş və karyera planların üçün uyğundur. Özünə güvənirsən, amma balansı itirmə. Fikirlərini toparla və xoşbəxtliyi içində axtar. Baxışın dəyişərsə, nəticələr də dəyişər.
♑ Oğlaq
Ruhun azadlıq və yeni bilik axtarır. İstədiklərinə çata bilərsən, amma hər şeyə çalışmaq səni yora bilər. Sadəlik və dəqiqlik sənə yaxşı təsir edəcək.
♒ Dolça
Bu gün dərin hisslərinə yönəlmək üçün uyğundur. Amma bir məsələyə həddindən artıq fokuslanma. Bəzən ara vermək lazımdır. Axşama doğru hər şey aydınlaşacaq.
♓ Balıq
Bu gün tək qalmaq istəsən də, yaxınlıq da axtarırsan. Keçmişi düşünmək motivasiyanı azalda bilər. Gün qarışıq keçə bilər, amma sonda düzələcək. Abartma, uzlaşma sənə rahatlıq gətirəcək.
Meşədiyeva Türkanə