Şirin sular oksigensiz qalır

Bölmə: Maraqlı › ,
Tarix: 18:02 14.04.2025

Alimlər şirin su mənbələrinin sürətlə oksigen itirdiyini və bunun insan fəaliyyətlərindən qaynaqlanan qlobal bir ekoloji böhrana çevrildiyini ortaya qoyublar.

 

 

Utrext Universitetinin rəhbərliyi ilə aparılan və "Science Advances jurnalında" dərc olunan genişmiqyaslı araşdırma şirin su mənbələrində ciddi oksigen böhranının yaşandığını göstərir. Alimlərin fikrincə, 1900-cü illərdən bəri insan fəaliyyəti göl, çay və su anbarlarında oksigen balansını pozub. Araşdırmaya əsasən, bu proses artıq qlobal səviyyədə ekoloji böhrana çevrilib.

 

Oksigen təkcə balıqlar üçün vacib deyil.


Şirin sularda oksigen təkcə sualtı həyat üçün deyil, karbon və azot dövranı kimi əsas proseslər üçün də həyati əhəmiyyət daşıyır. Lakin oksigen səviyyəsi müəyyən həddən aşağı düşdükdə “hipoksiya” adlı vəziyyət yaranır. Bu isə balıqların kütləvi ölümünə, qida zəncirinin dağılmasına və suyun keyfiyyətinin pisləşməsinə səbəb olur. Tədqiqatçılara görə, bu problem artıq yalnız yerli deyil, qlobal bir təhlükədir.

 

Şirin sular oksigen istehlakçısına çevrilib.


Alimlər dünya üzrə şirin su mənbələrinin oksigen istehsalı və istehlakını ilk dəfə qlobal səviyyədə modelləşdiriblər. Nəticələr göstərib ki, bu sistemlər artıq daha çox oksigen istehlak edir. Yəni şirin su mənbələri atmosferdən oksigen alan bir “bataqlıq” kimi davranmağa başlayıb. İllik oksigen istehlakı təxminən 1 milyard ton təşkil edir. Bu miqdar okeanların atmosferə buraxdığı oksigenin yarısı qədərdir.

 

 

Mənbə: TRT Haber
Nuray Əliyeva