“Psixoloji olaraq neqativ yükü olan xəbərlər sosial mediada çox baxış yığır”

Bölmə: Sosial › ,
Tarix: 19:39 14.04.2025

Şübhəsiz ki, gündəlik sosial, ənənəvi media üzərindən yayılan neqativ yüklü xəbərlər oxucuların əhvali-ruhiyyəsinə təsirsiz ötüşmür.

 

Mövzu ilə bağlı media eksperti Fərhad Şahbazlı “infotmator az”a açıqlamasında bildirib ki,biz bunu istəsək də, istəməsək də telefonla, sosial şəbəkəylə maraqlanırıq və özümüzdə bilmədən bəzi xəbərləri oxuduğca əhvali-ruhiyyəmiz avtomatik olaraq dəyişir:

 

“Psixoloji olaraq da neqativ yükü çox olan xəbərlər də sosial mediada çox baxış yığır. Əlbəttə, bununla mübarizə də hesab edirəm ki, əsas və güclü alət media savadlılığının oxucularda, jurnalistlərdə, sosial media istifadəçilərində media savadlılığının yüksək səviyyədə olmasıdır. Yəni, neqativ yüklü xəbərləri yayımlayarkən norma və prinsiplərə əməl olunması, xüsusən də intihar, qətl, zorakılıq məzmunlu xəbərlərin verilməsində təşviş yaradacağ məqamlara diqqət olunması və onların xüsusi olaraq verilməməsinə çalışılması son dərəcə vacib və böyük əhəmiyyət daşıyır. Bilirik ki, media və sosial media çox böyük kütlələrə xitab edir və orda yayılan məlumatlar, informasiyalar cəmiyyətimiz üçün əlavə həyəcan, gərginlik yaradır. Belə hesab edirəm ki, oxucular da hər hansısa məlumatı alarkən daha diqqətli olmalı, doğru xəbəri “fake” xəbərdən ayırmalı, yanlış xəbərlərin yanlış olaraq təqdim olunan xəbərlərin təsir dairəsinə düşməməlidir. Jurnalistlər həmçinin sosial media istifadəçiləri buna xüsusi diqqət yetirməlidirlər”.

 

Ətirə İbayeva



Bölmədən digər xəbərlər
Təhlükəli infeksion xəstəliklərin profilaktikası artıq gözəllik xidməti sferasında
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihəyə start verilib.