Xarici dillərin həyatımızda rolu

Tarix: 20:47 14.04.2025
Müasir dövrdə xarici dillərin əhəmiyyəti gündən-günə artır. Qloballaşan dünyada insanlar arasındakı əlaqələrin genişlənməsi, təhsil, iş imkanları və mədəniyyətlərarası ünsiyyət xarici dilləri öyrənməyi zəruri edir.
Mövzu ilə bağlı Ayşən Həmidova "İnformator.az"a bildirib ki,xarici dil öyrənmək həm gələcəyimizin inkişafında,həm də yeni mədəniyyətləri tanımağımızda,fərqli ölkələrin insanları ilə ünsiyyət qurmağımızda bizə kömək edir:
"Erkən yaşda dil öyrənmək uşağın zehni çevikliyini artırır.Yaddaş gücünü,problemi həll etmə qabiliyyətini inkişaf etdirir.Uşaqlar asanlıqla düzgün tələffüz-aksent öyrənirlər.Çünki onların qulaq və danışıq bacarıqları daha çevikdir.Erkən yaşda dil öyrənən uşaqlar daha sonra başqa dilləri öyrənməkdə çətinlik çəkmirlər.Bunlar gələcəkdə həm təhsil, həm də iş imkanlarını artırır.Yetkin yaşda insanın məntiqi düşünmə,qrammatik qaydaları anlayıb tətbiq etmə qabiliyyəti daha inkişaf etmiş olur.Bu yaşda dilin strukturunu ,zamanları,cümlə quruluşunu daha tez başa düşmək olur.Bu da öyrənmə prosesinə şüurlu yanaşmasına kömək edir.Yetkinlər bəzən utanma,səhv etməkdən qorxma hisslərini yaşayırlar və bu da danışıq bacarıqlarını inkişaf etdirməyə maneə ola bilir.Uşaqlar isə bu cür qorxulardan uzaq olduqlarına görə sərbəst danışmağa meyilli olurlar..Yetkin yaşda insanlar kitablar,onlayn dərslər,qrammatika,tərcümə üzərində öyrənməyə çalışırlar.Uşaqlar isə oyunlar , şəkillər , musiqi və təbii ünsiyyət yolu ilə dili öyrənirlər.
Xarici dil siyasəti quralan ölkələr xarici sərmayə cəlb edə bilir.Qlobal bazarlara çıxış imkanlarını genişləndirə bilir.Belə ölkələrdə işçi qüvvəsinin xarici dil bilməsi həmin şirkətin o bazara daxil olmasına şəraət yaradır.Eyni zamanda,bu ölkələrin vətəndaşları xarici ölkələrdə təhsil almaq,işləmək kimi fürsət əldə edirlər.Bu isə həm şəxsi , həm də milli inkişaf üçün çox vacib məsələlərdən biridir.Xarici dil siyasəti ilə beynəlxalq əməkdaşlıq genişlənir və ölkənin iqtisadi-siyasi potensialı artır".
Ekspert texnologiyanın xarici dil üzərindəki təsirlərindən də söz açıb:
"Texnologiya bu sahədə inqilabi dəyişikliklərə səbəb olub.Onlayn kurslar,mobil tədbiqlər,süni intellekt,tərcümə proqramları və virtual-ünsiyyət platformaları da dil öyrənmə prosesini sürətləndirir.İnsanlar artıq istənilən yerdə və istənilən zamanda asanlıqla dil öyrənə bilirlər.Texnologiya fərdi-tədris imkanlarını artırır.Hər kəs öz səviyyəsinə və maraqlarına uyğun məzun seçə bilir.Bu motivasiyanı və nəticəni yüksəldir".
Nəzrin Məmmədova

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihəyə start verilib.