Yapon "İkigai" fəlsəfəsi: Xoşbəxtlik üçün həyatı sadələşdirmək!

Bölmə: Maraqlı › ,
Tarix: 21:19 14.04.2025

 

Hər kəsin yaşamında bir səbəbi var; Ancaq bunu kəşf etmək vaxt və səy tələb edir. Minlərlə illik yapon fəlsəfəsi ikiqai sevdiyiniz şeylər, istedadlarınız və dünyanın ehtiyacları arasında tarazlıq tapmağa kömək edə bilər.

 

“İkigai” nədir? Yapon qavramının mənası və mənşəyi

 

İkiqai yapon mədəniyyətində həyatın mənasını və məqsədini tapmağı təmsil edən bir anlayışdır. Bu termin yaponca "iki" (yaşamaq) və "gai" (niyə) sözlərinin birləşməsidir və "yaşamaq üçün səbəb" deməkdir. İngilis dilində dəqiq qarşılığı olmayan ikiqai, insanın həyatına sevinc və məmnunluq gətirən məqsədi tapmasını ifadə edir.

 

“İkigai” diaqramı açıqlanıb

 

İkiqainin mərkəzində dörd əsas elementin kəsişdiyi bir diaqram var:

 

1.Ehtiras (sevdiyiniz şeylər)

 

2.Peşə (yaxşı olduğunuz şeylər)

 

3.Missiya (dünyanın ehtiyacı olan şeylər)

 

4.Peşəkarlıq (pul qazana biləcəyiniz şeylər)

 

“İkigai”ni müəyyən etmək üçün 4 addım

 

1. Həzz

 

Həzz sizi zamanın izini itirməyə məcbur edən və həyəcanlandıran şeydir. Yazmaq, rəsm çəkmək və ya musiqi dinləmək kimi zövq aldığınız şeylər haqqında düşünməklə başlaya bilərsiniz. Bu fəaliyyətlər ikiqaidə ilk addım olan ehtiraslarınızı kəşf etməyə kömək edə bilər.

 

2. Peşənizi kəşf edin

 

Yaxşı olduğunuz şeylər bacarıq və qabiliyyətlərinizi əks etdirir. Riyaziyyatda istedadlı olmaq, yaradıcılıqla məşğul olmaq və ya insanlarla asanlıqla ünsiyyət qura bilmək bu kateqoriyaya aiddir. Peşənizi kəşf etmək ikigai səyahətinizdə mühüm addımdır.

 

3. Missiyanızı müəyyən edin

 

Dünyanın bir çox ehtiyacları var ki, onlara kömək edə və töhfə verə bilərsiniz. Cəmiyyətdə və ya qlobal səviyyədə həll etmək istədiyiniz problemlər barədə düşünün.

 

4. Peşəkarlığınızı təkmilləşdirin

 

Ehtiraslarınızı və istedadlarınızı peşəyə çevirərək pul qazanmağın yollarını kəşf edin. Məsələn, yaxşı musiqiçi olduğunuzu düşünürsünüzsə, bunu gəlir mənbəyinə çevirə bilərsiniz. Peşəkarlığınızı inkişaf etdirmək üçün vaxt lazım ola bilər, ancaq prosesə etibar etməlisiniz.

 

“İkigai”nin faydaları:

 

1. Xoşbəxtliyi artırır

2. Stresi azaldır

3. Mənalı bir yaşam bəxş edir

4. Motivasiyanı artırır

5. Özünüzü inkişaf etdirməyə kömək edir

 

“İkigai” zamanla ortaya çıxır. Bunun prosesin bir hissəsi olduğunu qəbul edərək səbirlə irəliləyin.

 

 

Habertürk 

Lalə Qurbanlı