Son zamanlarda az yaşlı uşaqlar evdən niyə qaçırlar?

Tarix: 22:09 14.04.2025
Son günlər az yaşlı uşaqların evdən qaçma xəbərləri artır. Bir neçə gün əvvəl Tovuz rayonunda 13 yaşlı qız itkin düşüb və sonra tapılaraq ailəsinə təhvil verilib. Ötən gün isə paytaxtın Xətai rayonunda 4-cü sinif şagirdi itkin düşmüş kimi axtarılışa verilib və polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Mövzu ilə bağlı Ailə və uşaq psixoloqu Aynur İsmayılova "İnformator.az"a açıqlamasında bildirib ki, uşaqların tərbiyəsində valideynlər nə qədər rol oynasalarda, uşaqların gündəlik məşğul olduqları sahələr də onların tərbiyəsinə bir başa təsir edir.
"Ümumiyyətlə, uşaqların tərbiyəsində valideynlər nə qədər rol oynasalarda, amma uşaqların gündəlik məşğul olduqları və yaxud daha çox yönəldikləri sahələrdə onların birbaşa tərbiyəsinə təsir edən amillərdən biridir. Belə ki, uşaqların sosial şəbəkələrdən vaxtından tez istifadə etməsi, qaçma hallarının afişa şəklində paylaşılması, yeniyetmələrə evdən qaçmaları üçün yeni bir qığılcım yaradır. Həmin qığılcımlada uşaq fikirləşir ki, ötən gün filan yerdə paylaşılan uşaq qaçıb məndə evdən qaça bilərəm və yaxud ailəmdən kənar qala bilərəm. Amma bir başa valideynlərin övladları ilə düzgün dostluq deyil, sadəcə düzgün qurulmamış valideyn övlad əlaqəsindən dolayı və bu kimi səbəblərdən uşaqlar evdən qaçır. Bir mənalı şəkildə internetdən izlədiyi hər hansı əhvalatlarda və ya uşaqlara aid hər hansı proqramlarda səhvdə olsa verilən bəzi nüanslar uşaqların ağlını qarışdırır və gördükləri hərəkətləri təkrar etməyə çalışırlar. Ona görə də, lazımi qədər uşaqlarda telefon istifadəsini azaltmaq lazımdır. İstifadə etmələrinə qadağa qoya bilmərik çünki, uşaq valideynin istifadə etdiyini görür və telefonun önəmli olduğunu dərk edir. Bu cür hallar baş verməsin deyə, valideylər uşaqları ilə mütəmadi ortaq bir məxrəcə gəlmək üçün onların potensialını, bacarıqlarını ortaya çıxartmaq üçün uşaqlarla müəyyən söhbətlər aparmalıdırlar. Eyni zamanda da, valideyn istəyirsə ki, övladı yaxşı olsun bunun üçün övladının yaxşı tərəflərini üzə çıxartmağa çalışmalıdır. Əgər övladını hər kəsin yanında pisləyəcəksə bu zaman valideyn övlad münasibəti pozulmağa başlayacaq və uşaq bu zaman özünün pis olduğuna inanaraq pis davranmağa çalışacaq".
Səmayə Səftərova