Vüqar Əhmədov Neftçalada vətəndaşları qəbul etdi

Tarix: 17:33 15.04.2025
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin 15-də Neftçala Elektrik Şəbəkəsinin inzibati binasında Neftçala və Salyan rayonlarından olan vətəndaşlarla görüşüb.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Vətəndaşlarla görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Neftçala rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. “Azərişıq” ASC abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə bütün regionlarda mütəmadi olaraq yenidənqurma və maarifləndirmə tədbirlərini davam etdirir.