Azərbaycanda informasiya və rabitə sektorunda orta əmək haqqı artıb

Bölmə: Sosial › ,
Tarix: 21:01 15.04.2025

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 897 manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,7% artım deməkdir.

 

Caliber.Az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

 

Rəqəmlərə əsasən, dövlət sektorunda orta aylıq əməkhaqqı 1 568 manat olub ki, bu da ötən ilin göstəricisinə nisbətən 14,2 % çoxdur. Qeyri-dövlət sektorunda isə bu göstərici 2 144 manata çatıb və 16,2 % artım qeydə alınıb.

Martın 1-nə olan məlumata görə, informasiya və rabitə sektorunda muzdla çalışan işçilərin sayı 33,7 min nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% artım deməkdir.

 

Mənbə :Caliber

Aytən Ağazadə



Bölmədən digər xəbərlər
Təhlükəli infeksion xəstəliklərin profilaktikası artıq gözəllik xidməti sferasında
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihəyə start verilib.