Həkim məsləhəti olmadan dərman qəbul etmək nə qədər doğrudur?

Bölmə: Sosial › ,
Tarix: 21:09 15.04.2025

Bir çox insanlar həkim məsləhəti olmadan, özləri özlərini müalicə edirlər. Onlar dərman, vitamin və minerallar qəbul edirlər. Xüsusilədə bunu yaz aylarında edirlər.


Mövzu ilə bağlı həkim professor Adil Qeybulla "İnformator.az"a açıqlamasında bildirib ki, dərmanların təyinatı yalnız həkimlərin resepti ilə, göstərişi ilə olmalıdır.

 

"Dərmanların təyinatı yalnız həkimlərin resepti ilə , göstərişi ilə olmalıdır. Xəstə özü-özünə dərman təyin edə bilməz. Dünyanın hər yerində tibbin ayrı-ayrı sahələrində mütəxəssislər var və hətta həkim olan şəxsə belə mütəxəssislər dərman təyin edir. Çünki həkim bir sahənin mütəxəssisi ola bilər. Bu baxımdan da dərman təyinatı həkimə məxsusdur. Həkimdən başqa kiminsə xəstəyə dərman təyin etmək ixtiyarı yoxdur. Bu məsuliyyət yaradan bir məsələdir. Əgər belə hallarda xəstə dərmandan ziyan görərsə, səhətində ağırlaşmalar olarsa, əlbəttəki, bunun məsuliyyətini dərmanı ona məsləhət görən şəxs daşıyır. Hətta xəstənin özüdə həmçinin məsuliyyət daşıyır. Amma belə bir məsələ var ki, xəstələr bioloji fəallığa malik olan maddələri, dərmanları aptekdən alıb istifadə edə bilərlər. Bu cür maddələrə yeni qanuna görə resept yazılmır. Ona görə də, bu dərmanları, maddələri həkim reseptsiz tövsiyyə edə bilər. Bioloji aktiv maddələrdə istifadə olunanda ən azı xəstələr onun təlimatı ilə maraqlanmalıdırlar. Bu cür dərmanlar əsasən, bitki əsaslı olurlar. Ona görə də, bu dərmanların qəbulu xəstələrə problem yaratmır. Təbii ki də, xəstə onun instruktsiyası, təlimatı ilə tam maraqlanmalıdır. Amma ki, dərman kimyəvi tərkibli , rafinatsiya olunmuş, ayrılmış konkret bir maddədir. Xəstənin bu dərmana allergiyası ola bilər, əks təsirləri ola bilər, dərmanların bir-birinə qarşılıqlı təsiri ola bilər, potensial təsiri ola bilər və s. Yəni bütün bunlar da xəstəyə əlavə ziyan vurmuş olur. Həkim də bunları bildiyi üçün o xəstəyə düzgün diaqnoz qoyur".

Səmayə Səftərova