Maldiv adaları, İsrail pasportuna sahib kişilərin ölkəyə girişini qadağan etdi

Bölmə: Siyasət › , Sosial › ,
Tarix: 21:12 15.04.2025

Maldivlərdə İsrail pasportu olan şəxslərin ölkəyə girişini qadağan edən qanun qüvvəyə minib.Maldivlər Prezidenti Məhəmməd Muizzu bu mövzuda Facebook hesabında açıqlama verib.


Muizzu, müvafiq qanunun təsdiqləndiyini bildirərək, “İsrail pasportu daşıyan şəxslərin Maldivlərə girişi qadağan olunub,” – deyə qeyd edib.


O, bu addımın İsrailin Fələstində davam edən zülmünə qarşı ölkənin mövqeyini nümayiş etdirdiyini vurğulayıb və Maldivlərin Fələstin xalqı ilə həmrəylik içində olduğunu bildirib.

 

Maldivlərdə İsrail vətəndaşlarının ölkəyə girişinin qarşısını almaq məqsədilə keçirilən aksiyalardan sonra, müxalifətdə olan Maldiv Demokratik Partiyası (MDP) tərəfindən Nazirlər Kabinetinə təqdim edilən və İsrail pasportu olan şəxslərin Maldivlərə girişini məhdudlaşdıran qanun parlamentdə çoxluq səsi ilə qəbul edilib.

 

Mənbə TRT Haber
Günel Verdiyeva